Əlixan Musayev:
Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza girmək istədikdə) qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-buluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilaf edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev
:
О те, которые уверовали! Пусть невольники, которыми овладели ваши десницы, и те, которые не достигли половой зрелости, спрашивают у вас разрешения войти в покои в трех случаях: до рассветного намаза, когда вы снимаете одежду в полдень и после вечернего намаза. Вот три времени наготы для вас. Ни на вас, ни на них нет греха за вход без разрешения, помимо этих случаев, ведь вы посещаете друг друга. Так Аллах разъясняет вам знамения. Аллах — Знающий, Мудрый.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Əlinizin altındakılar (kölələr) və həddi-büluğa çatmayanlarınız sübh namazından əvvəl, günorta paltarınızı soyunduğunuz zaman və işa namazından sonra (yanınıza daxil olacaqları zaman) sizdən üç dəfə icazə alsınlar. Bu üç vaxt sizin məhrəm (soyunmuş ola biləcəyiniz) vaxtlarınızdır. Digər vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmağınızda sizə də, onlara da heç bir günah yoxdur. Allah sizin üçün ayələri belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Əllərinizin altında sahib olduqlarınız (kölələriniz, cariyələriniz) və sizdən həddi-buluğa çatmamış olanlar üç vaxtda yanınıza daxil olmaq üçün sizdən icazə istəsinlər. Fəcr namazından əvvəl, paltarlarınızı çıxartdığınız günorta vaxtında və şam namazından sonra. Bu üçü övrət vaxtıdır (sizdən çəkinmələri lazım olan zamandır). Bu zamanların xaricində bir-birinizin yanına girib çıxmaqda sizin və onların üzərinə bir günah yoxdur. Beləcə Allah sizə ayələri açıqlayır. Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Qoy əlləriniz altında olan qulluqçular və o kəslər ki, hələ hədi buluğa yetişməyiblər, sizdən üç dəfə icazə alsınlar: sübh islahatından qabaq və nə vaxt ki, günorta paltarınızı çıxardırsınız və gecə islahatından sonra. Bu sizin üç gizlin vaxtınızdır. Bunlardan sonra sizin üçün və onlar üçün günah deyil ki, gedəsiniz sizlərdən biriniz o birilərinin yanına. Belə, bəyan edir Allah sizin üçün ayətləri. Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizin qullarınız və həddi-buluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Əlinizin altında olanlar (kölələriniz) və sizdən hələ həddi-büluğa çatmayanlar gündə üç dəfə, sübh namazından əvvəl, günorta paltarınızı çıxardığınız zaman və işa namazından sonra (yanınıza daxil olmaq istədikləri zaman) sizdən icazə istəsinlər. Bu üç vaxt sizin paltarsız olduğunuz vaxtlardır. Bu vaxtlar xaricində (icazəsiz daxil olmaqda) nə sizə, nə də onlara günah yoxdur. Bir-birinizin yanına girib-çıxa bilərsiniz. Allah ayələrini sizə belə açıqlayır. Allah haqqı ilə biləndir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Qoy sizin kölə və cariyələriniz və sizlərdən həddi-buluğa çatmayanlar (yanınıza gəlmək üçün) sizdən üç dəfə icazə istəsinlər: sübh namazından əvvəl, günorta çağı paltarınızı çıxarmış olanda və axşam namazından sonra. Sizin paltarsız olmağınız bu üç vaxtda olur. Qalan vaxtlar isə bir-birinizin yanına getmək nə sizə, nə də onlara günahdır. Allah ayələri sizə belə bəyan edir. Axı Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Qanunlar çərçivəsində himayənizə verilənlər[#393] və sizlərdən həddi-büluğa çatmayanlar üç halda icazə alsınlar: Səhər təhsil-tədris işindən əvvəl, günorta vaxtı paltarınızı çıxardığınızda, gecə təhsil-tədrisindən sonra. Bunlar, sizin açıq və müdafiəsiz [olduğunuz] üç zamandır. Bunların xaricində sizə də, onlara da bir günah yoxdur. Aranızda gəzərlər, bəzləriniz bəzilərinizdən üstündür. Allah ayələri sizin üçün bax belə izah edir. Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.