Əraf Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə (çox asanlıqla) bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik.
Bünyadov-Məmmədəliyev:
Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü az) yetişər. Biz ayələrimizi (nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik.
Elmir Quliyev :
На хорошей земле растения растут по воле ее Господа, а на плохой земле они растут с трудом. Так Мы разъясняем знамения для благодарных людей.
Ələddin Sultanov:
Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri (gözəl) çıxar. Pis olan (bir torpağın bitkiləri) isə, ancaq ancaq çətinliklə çıxar. Şükür edən bir qövm üçün ayələri belə bəyan edirik. (Bu ayədə Allah mömini gözəl, kafiri isə pis bir yerə bənzətmişdir. Çünki mömindən gözəl əməllər, kafirdən isə pis əməllər ortaya çıxar. )
Kerbelayi Malik ağa:
Gözəl diyar (torpağı məhsuldar ölkə) Rəbbinin icazəsiylə bitkini çıxarar. Pis (səmərəsiz) olan isə, faydasız bitkilərdən başqa bir şey çıxartmaz. Beləcə şükür edən bir qövmə ayələrimizi açıqlayırıq.
Ələsgər Musayev:
Təmiz ölkənin bitkiləri xaric olar öz Rəbbinin izni ilə odur ki, xəbisdir az səmərəsiz çıxar. Beləcə, ayətlərimizi şükr edən qoum üçün sərf edirik!
A.Mehdiyev və D.Cəfərli:
Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər işlər, pis təbiətdən isə pis əqidə, sifət əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükr edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk.
Kövsər Tağıyev:
(Torpağı) yaxşı əlverişli məmləkətin bitkisi Rəbbinin izni ilə bol bərəkətli çıxar. (Torpağı) pis əlverişsiz olandan isə faydasız bitkidən başqa bir şey çıxmaz. Şükür edəcək bir topluluq üçün biz ayələri belə müxtəlif yönlərdən izah edirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxşı ölkənin əkini Rəbbinin izni ilə çıxar, pis (ölkə) üçün isə azacıq bitər. Şükr edən adamlara ayələri beləcə müfəssəl aydınlaşdırırıq.
Sabirə Dünyamalıyeva:
gözəl məmləkətin bitkisi, Rəbbinin izni ilə/elmi ilə çıxaq; pis olandan isə faydasız bitkidən başqa bir şey çıxmaz. Biz, ona verilən nemətlərin əvəzini verən bir qövm üçün ayələri beləcə cürbəcür, təkrar-təkrar izah edirik.