Ənfal Surəsi 58. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər bir qövmün (əhdi pozacağı ilə) xəyanət etməsindən qorxsan, (döyüş zamanı) sən onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir.
Bünyadov-Məmmədəliyev:
Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə elan et. Çünki Allah xainləri sevməz!
Elmir Quliyev :
А если ты опасаешься измены со стороны людей, то отбрось договорные обязательства, чтобы все оказались равны. Воистину, Аллах не любит изменников.
Ələddin Sultanov:
Əgər (müqavilə bağladığın) bir tayfanın xəyanət etməsindən qorxsan, sən eynilə müqaviləni pozduğunu onlara bildir! Şübhəsiz ki, Allah xainləri sevməz.
Kerbelayi Malik ağa:
Lakin bir qövmün (əhdə) xəyanət etməyindən qorxsan, artıq bərabərlik üzrə (eynisi ilə, əvəz olaraq) əhdlərini ləğv et (Sən poz). Şübhəsiz ki, Allah xainləri (xəyanət edənləri) sevməz.
Ələsgər Musayev:
vaxt ki, qoumun xəyanətindən qorxasan, at onların əhdlərini üzərlərinə ədalətlə. Həqiqətən, Allah sevməz xainləri!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (əhd-peymanınız olan) bir dəstənin xəyanətindən əhd-peymanı pozmasından qorxsan, onda sən (əhd-peymanını pozmağı) bərabərlik ədalət əsasında onlara tərəf at (və elan etməmiş öz əhd-peymanını pozma) ki, həqiqətən Allah xainləri sevmir.
Kövsər Tağıyev:
(Əhd bağladığın) bir qövmün xəyanət etməsindən qorxsan, sən sözləşməni pozduğunu eyni şəkildə onlara bildir. Çünki Allah xainləri sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər bəzi adamların xəyanət etməsindən qorxarsansa, onda ədalətlə (əhdlərini) özlərinə qaytar! Həqiqətən, Allah xəyanət edənləri sevmir!
Sabirə Dünyamalıyeva:
Əgər bir tayfadan; xəyanət edə biləcəyindən qorxsan, eyni şəkildə müqaviləni pozduğunu özlərinə xəbər ver. Şübhəsiz ki, Allah xainləri sevməz.