Əlixan Musayev:
Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.
Bünyadov-Məmmədəliyev:
Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.
Elmir Quliyev
:
Среди них есть такие, которые обвиняют тебя из-за милостыни. Если им достается что-либо из милостыни, то они остаются довольными, если же им ничего не достается, то они приходят в ярость.
Ələddin Sultanov:
Onlardan, sədəqələrin (bölüşdürülməsi) barəsində səni eyibləyənlər də var. Əgər onlara (sədəqələrdən bir pay) verilərsə, razı qalar, verilməzsə, dərhal qəzəblənərlər.
Kerbelayi Malik ağa:
Onlardan sədəqələr barəsində sənə irad tutan kimsələr vardır. Belə ki, əgər ondan (sədəqədən, qənimətdən) onlara verilsə, razı olarlar və ondan verilməzsə, o zaman qəzəblənərlər.
Ələsgər Musayev:
Onlardan var ki, sədaqəti bölməkdə sənə irad tuturlar. Əgər
onlara ondan verilsə, razı olarlar və əgər verilməsə, onda
qəzəblənərlər.
A.Mehdiyev və D.Cəfərli:
Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.
Kövsər Tağıyev:
Aralarından sədəqələr barəsində sənə söz atanlar da var. Onlara ondan bir pay verilsə, məmnun qalarlar. Əgər onlara ondan bir pay verilməsə, dərhal qəzəblənərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan sədəqə barəsində sənə eyib tutanlar da vardır; əgər bundan onlara verilərsə, onlar razı qalar, bundan onlara verilməyəndə isə necə qəzəblənərlər.
Sabirə Dünyamalıyeva:
Onlardan bəziləri də, sədəqələr barədə sənə dil uzadan kəslərdir. Belə ki, o sədəqədən özlərinə verilmişsə razı qalar, verilməmişsə dərhal qəzəblənərlər.