Əlixan Musayev:
(Yusuf) onların ərzaq yüklərini hazırlayarkən dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən qonaqpərvərlərin ən yaxşısıyam?
Bünyadov-Məmmədəliyev:
(Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!
Elmir Quliyev
:
Снабдив их провизией, он сказал: "Привезите ко мне вашего брата по отцу. Разве вы не убедились, что я сполна наполняю меру и что я — самый гостеприимный из хозяев?
Ələddin Sultanov:
Yusif onlar üçün yüklərini hazırladığı zaman dedi: “Atabir qardaşınızı da mənim yanıma gətirin. Görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və çox qonaqpərvər biriyəm?!
Kerbelayi Malik ağa:
Onların yüklərini hazırlayıb belə dedi: ‘Sizin atabir qardaşınızı mənə gətirin. Ölçüyə tam riayət etdiyimi görmürsünüzmü? Mən ikram edənlərin ən xeyirlisiyəm.’
Ələsgər Musayev:
Amma elə ki, onların yüklərini
bağlatdırdı, dedi: «Atanızdan olan qardaşınızı da özünüzlə
gətirin. Ə, görmürsünüzmü mən vəfalıyam ölçüyə və xeyirli
mənzil verənəm?
A.Mehdiyev və D.Cəfərli:
Və elə ki, onları azuqə və səfər vasaiti ilə təchiz etdi, dedi: (Gələn dəfə) atabir o biri qardaşınızı da mənim yanıma gətirin. Məgər görmürsünüzmü mən ölçü qabını tam doldururam və qonaq qəbul edənlərin ən yaxşısıyam?»
Kövsər Tağıyev:
Yusuf onların yüklərini hazırladarkən dedi ki: “Atabir qardaşınızı da yanıma gətirin. Görmürsüzmü mən ölçünü tam tuturam və mən qonaqpərvərlərin ən yaxşısıyam?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onların ərzaq yükünü tutduqdan sonra o dedi: "Atadan bir olan qardaşımızı yanıma gətirin. Məgər görmürsünüzmü ki, mən ölçünü düz, verir və ən yaxşı qonaq qəbul edirəm?
Sabirə Dünyamalıyeva:
Nə zaman ki, onların təchizatını hazırladı, "Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz ölçdüyümü və qonaq qəbul edənlərin ən yaxşısı olduğumu görmürsünüz?