Ali-İmran Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir.( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.
Bünyadov-Məmmədəliyev:
Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” dedi, o da oldu.
Elmir Quliyev :
Воистину, Иса (Иисус) перед Аллахом подобен Адаму. Он сотворил его из праха, а затем сказал ему: "Будь!" и тот возник.
Ələddin Sultanov:
Həqiqətən, Allah nəzdində İsanın məsəli (İsanın atasız dünyaya gəlməsi) Adəmin məsəli kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” - dedi, o da dərhal oldu.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allahın dərgahında Hz. İsanın vəziyyəti Hz.Adəmin vəziyyəti (yaradılışı) kimidir. Onu torpaqdan yaratdı. Sonra ona ‘ol’ dedi (və o oldu).
Ələsgər Musayev:
Həqiqətən, məsəli Isanın Allah yanında Adam məsəli kimidir. O xəlq etdi onu torpaqdan, sonra dedi onun üçün: «Ol!» oldu.
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n, Allah yan?nda Isan?n hekay?ti, (yarad?l?s?n?n nec?liyi bax?m?ndan) Ad?min hekay?ti kimidir. Allah onu torpaqdan yaratd?, sonra ona «(canl? insan) ol!» dedi, o da oldu. (Sanki s?n onun olmas?n? gorurdun. ?lb?tt? Ad?min cuss?si cold?, Isan?nk? is? ana b?tnind? yarad?ld? v? onlar?n h?r ikisi Allah?n ?z?li ?mri il?, atas?z insan oldular. ?g?r bel? bir is allahl?ga d?lal?t edirs?, onda g?r?k onlar?n h?r ikisi allah olsunlar.)
Kövsər Tağıyev:
Şübhəsiz ki, Allah qatında (yaradılış baxımından) İsa da Adəm kimidir. Onu torpaqdan yaratdı. Sonra ona “ol” dedi. O da dərhal oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yanında İsanın əhvalatı da Adəmin əhvalatına bənzəyir. O, onu [Adəmi] torpaqdan yaratdı, sonra isə ona "Ol !'-dedi, o da oldu.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Allah yanında İsanın vəziyyəti, Adəmin/hər insanın vəziyyəti kimidir; O, onu torpaqdan əmələ gətirdi, sonra ona "Ol!" dedi, o da dərhal oldu.