Əlixan Musayev:
De: “Ey Kitab əhli! Yalnız Allaha, bizə nazil edilənə və bizdən əvvəl nazil edilənlərə iman gətirdiyimizə və sizin əksəriyyətinizin günahkar olduğuna görəmi bizi məzəmmət edirsiniz?”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!
Elmir Quliyev
:
Скажи: "О люди Писания! Неужели вы упрекаете нас только в том (или питаете к нам злобу только из-за того), что мы уверовали в Аллаха, в то, что ниспослано нам и что было ниспослано прежде, и в то, что большинство из вас являются нечестивцами?"
Ələddin Sultanov:
De: “Ey kitab əhli! Biz Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənlərə iman gətiririk deyəmi bizə qarşı kin bəsləyirsiniz? Həqiqətən, sizin çoxunuz (haqq yoldan çıxmış) fasiqlərdir.
Kerbelayi Malik ağa:
Onlara belə söylə: ‘Ey Kitab əhli! Bizi yalnız Allaha, bizə nazil olana və daha öncə nazil olana iman etdiyimizə görəmi bəyənmirsiniz? Şübhəsiz ki, sizin çoxunuz fasiqlərdir.’
Ələsgər Musayev:
De: «Ay əhli kitab! Məgər bizdən intiqam
alırsınız ona görə ki, biz inanırıq Allah ilə və bizə nazil etdiyi
ilə və həqiqətən, sizin əksəriyyətiniz fasiqlərdir?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.»)
Kövsər Tağıyev:
De ki: “Ey kitab əhli! Yalnız Allaha, bizə endirilənə və daha əvvəl endirilənə (ilahi kitablara) inanmağımız və sizin çoxunuzun fasiq olması səbəbi ilə bizdən xoşunuz gəlmir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey Kitab əhli! Ancaq Allaha. bizə nazil olana və bizdən əvvəl nazil olanlara iman gətirdiyimizə və çoxunuzun yolu azmış olduğunu (bildiyimizə) görəmi bizə kin bəsləyirsiniz?"
Sabirə Dünyamalıyeva:
De ki: "Ey Kitab əhli! Bizim, ancaq Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənə inanmağımız və həqiqətən sizin əksəriyyətinizin haqq yoldan çıxmış kəslər olmağınız səbəbindən bizdən xoşunuz gəlmir?"