Ənam Surəsi 59. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.
Bünyadov-Məmmədəliyev:
Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda quruda varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
Elmir Quliyev :
У Него ключи к сокровенному, и знает о них только Он. Ему известно то, что на суше и в море. Даже лист падает только с Его ведома. Нет ни зернышка во мраках земли, ни чего-либо свежего или сухого, чего нет в Ясном Писании.
Ələddin Sultanov:
Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda dənizdə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum yaş-quru varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır). (Göylərdə yerdə insanların kəşf edə bilmədiyi neçə-neçə xəzinələr nemətlər vardır ki, Allah onları bilir. Allah bu xəzinələri dilədiyi kimsələrin istifadəsinə verər. Çox ehtimal ki, qeybin açarları ifadəsi ilə sözügedən xəzinələr nəzərdə tutulmuşdur. Eyni zamanda axirət yurdu da qeyb sayılır onu insanlar bilə bilməz.)
Kerbelayi Malik ağa:
Qeybin açarları Onun yanındadır. Onu Ondan başqası bilməz. Dənizdə quruda varsa bilir. Onun xəbəri olmadan bir yarpaq belə düşməz. Yerin qaranlıqları içində elə bir yaş quru bir zərrə yoxdur ki, ‘Kitabı Mübində’ olmasın.
Ələsgər Musayev:
Onun yanındadır qeybin açarı, Ondan başqası bilməz onu. Bilir ki, quruda ki, dəryada var. O bilmədən yarpaq yerə düşməz. Yoxdur ərzin zülmətində elə toxum yoxdur rütubətli quru ki, aşkar kitabda olmasın!
A.Mehdiyev və D.Cəfərli:
Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum (meyvə dənli bitkilərdən) heç bir quru yaş yerə düşmür.
Kövsər Tağıyev:
Qeybin açarları yalnız Onun qatındadır. Onları ancaq O bilir. Quruda dənizdə olanı da bilir. Heç bir yarpaq düşməz ki, O, onu bilməsin. Yerin qaranlıqları içərisində heç bir toxum, heç bir yaş, heç bir quru şey yoxdur ki, açıq-aydın kitabda (Allahın elmi daxilində, Lövhi-məhfuzda) olmasın.
M.Qənioğlu və T.Bilaloğlu:
Qeybin açarları Ondadır, onları yalnız O bilir. Quruda dənizdə nələr olduğunu O bilir. Bir yarpaq belə Onun xəbəri olmadan düşməz. Yerin qaranlıq qatına düşən elə bir toxum, elə bir yaş elə bir quru yoxdur ki, aydın Kitabda olmasın.
Sabirə Dünyamalıyeva:
Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız Onun dərgahındadır. Ondan başqa onları heç kəs bilməz. Quruda dənizdə olanları da O bilir. Onun xəbəri olmadan bir yarpaq belə düşməz. Yerin zülmətləri içində elə bir toxum, yaş quru heç bir şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın.