Əlixan Musayev:
Biz Nuhu öz xalqına (elçi) göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.
Bünyadov-Məmmədəliyev:
Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
Elmir Quliyev
:
Мы послали Нуха (Ноя) к его народу, и он сказал: "О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. Я боюсь, что вас постигнут мучения в Великий день".
Ələddin Sultanov:
And olsun ki, Nuhu öz qövmünə peyğəmbər göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Mən sizə gələcək böyük bir günün əzabından qorxuram!”
Kerbelayi Malik ağa:
And olsun, Nuhu (ə.s) qövmünə göndərdik. O zaman belə dedi: ‘Ey qövmüm, Allaha qul olun! Sizin üçün Ondan başqa ilah yoxdur. Şübhəsiz ki, mən o böyük günün əzabının üzərinizə gəlməsindən qorxuram.’
Ələsgər Musayev:
Əlbəttə, Nuhu göndərdik öz qoumuna tərəf və dedi: «Ay qoumum! Ibadət edin Allaha. Sizin üçün Ondan qeyri Ilahi yoxdur! Həqiqətən, mən sizin üçün böyük günün əzabından qorxuram!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Nuhu öz qövmünə tərəf göndərdik. O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram».
Kövsər Tağıyev:
And olsun, Nuhu öz qövmünə peyğəmbər olaraq göndərdik: “Ey qövmüm! Allaha qulluq edin. Sizin üçün Ondan başqa ilah yoxdur. Şübhəsiz, mən sizin adınıza böyük bir günün əzabından qorxuram”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Nuhu öz tayfasının yanına göndərdik. O dedi: "Ey camaatım, Allaha ibadət edin! Ondan başqa sizin bir tanrınız yoxdur. Mən sizin üçün o böyük günün [qiyamətin] əzabından qorxuram".
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz, Nuhu öz qövmünə elçi göndərdik və o, "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Doğrudan da mən, ziyanınıza olan, üstünüzə gələcək böyük bir günün əzabından qorxuram" dedi.