Yunus Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə yerdə yaratdıqlarında (Allahdan) qorxan adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini qüdrətini sübut edən) dəlillər vardır.
Elmir Quliyev :
Воистину, в смене ночи и дня, а также том, что Аллах сотворил на небесах и на земле, заключены знамения для людей богобоязненных.
Ələddin Sultanov:
Şübhəsiz, gecə gündüzün dəyişməsində, Allahın göylərdə yerdə yaratdıqlarında Allahdan çəkinən bir qövm üçün (Allahın varlığını qüdrətini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, gecə ilə gündüzün bir-birini əvəz etməsində Allahın səmalarda yerdə yaratdığı şeylərdə təqva sahibi bir qövm üçün ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Həqiqətən, gecə gündüzün dəyişməsində Allahın səmalarda ərzdə xəlq etdiyində təqvalı qoum üçün ayətlər var!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, gecə ilə gündüzün get-gəlində (fəsillərə ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun qısalığında Allahın (planetlər, mələklər canlılar kimi) göylərdə (bitkilər, heyvanlar, cinlər insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət hikmətindən) ayə nişanələr vardır.
Kövsər Tağıyev:
Şübhəsiz, gecə gündüzün bir-biri ardınca gəlməsində, Allahın göylərdə yer üzündə yaratdığı şeylərdə, Allaha qarşı gəlməkdən çəkinən bir topluluq üçün bir çox dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Gecə ilə gündüzün bir-birini əvəz etməsində Allahın göylərdə yerdə yaratdıqlarında Allahdan qorxan insanlar üçün ayələr vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə yerdə əmələ gətirdiyi şeylərdə, Allahın mühafizəsi altına daxil olan bir tayfa üçün qədər işarələr/nişanələr vardır.