Əlixan Musayev:
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.
Bünyadov-Məmmədəliyev:
(Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya düşmənlərinizdən) daha çox etdik.
Elmir Quliyev
:
Затем Мы вновь даровали вам победу над ними. Мы поддержали вас богатством и сыновьями и сделали вас более многочисленными.
Ələddin Sultanov:
Sonra onlara qarşı sizə təkrar zəfər bəxş etdik, mal-mülk və oğullar verməklə sizə kömək etdik, sayınızı da çoxaltdıq.
Kerbelayi Malik ağa:
Sonra onlar üzərində yenidən sizə zəfər qazandırdıq. Mallarla və oğullarla sizə kömək etdik. Sizi say baxımından daha çox etdik.
Ələsgər Musayev:
Sonra qüdrətinizi sizə
qaytardıq bir daha onların əleyhinə və imdad etdik sizə mal və
oğullarla və etdik sizi çoxlu nəfərlər.
A.Mehdiyev və D.Cəfərli:
Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.
Kövsər Tağıyev:
Sonra onlara qarşı sizə yenidən üstünlük verdik. Mallar və övladlarla sizi gücləndirdik. Sayınızı daha da çoxaltdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə Biz sizə onlar üzərində qələbə qazandırdıq, sizə yenidən mal-dövlət və oğullarla yardım etdik və sizin sayınızı getdikcə artırdıq.
Sabirə Dünyamalıyeva:
Sonra sizi yenə güclü qulların üzərində qalib etdik və sizə mallarla və oğullarla kömək etdik. Və sizə işə yarayan şeylərdən daha çox şey verdik.