Əlixan Musayev:
Onlar (ayələri) uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar).
Elmir Quliyev
:
Они сочли это ложью, и к ним придут вести о том, над чем они издевались.
Ələddin Sultanov:
Onlar (Quranı) təkzib etdilər. Ancaq istehza etdiklərinin xəbərləri onlara gələcəkdir.
Kerbelayi Malik ağa:
Beləcə onlar yalanladılar. Lakin istehza etdikləri şeyin xəbərləri onlara yaxında gələcək.
Ələsgər Musayev:
Fəqət onlar yalan saydılar və gələcək onlara xəbəri onun ki, istehza edirdilər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).
Kövsər Tağıyev:
Onlar (Allahın ayələrini) yalan saydılar, amma istehza etdikləri şeylərin xəbərləri gəlib onlara çatacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar (o zikri) yalan hesab etdilər. Amma onların ələ saldıqları şeylər öz başlarına gələcəkdir.
Sabirə Dünyamalıyeva:
Sonra da, tam yəqinliklə, yalan saydılar. Bax budur, lağ edib durduqları şeyin xəbərləri yaxında onlara gələcəkdir. Bax budur, Rəbbinə and olsun ki, Biz onların hamısını etdikləri şeylərdən mütləq hesaba çəkəcəyik.