Əlixan Musayev:
Cihada gedən məhz öz xeyri naminə bunu edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.
Bünyadov-Məmmədəliyev:
(Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdikləri əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir).
Elmir Quliyev
:
Тот, кто сражается, сражается во благо себе. Воистину, Аллах не нуждается в мирах!
Ələddin Sultanov:
Kim (Allah yolunda) çalışarsa, yalnız özü üçün (axirəti üçün) çalışmış olar. Şübhəsiz ki, Allah aləmlərə (insanlara) möhtac deyildir.
Kerbelayi Malik ağa:
Kim cihad etsə, o təqdirdə yalnız öz nəfsi üçün cihad edər. Şübhəsiz ki, Allahın aləmlərə ehtiyacı yoxdur.
Ələsgər Musayev:
Kim cihad edərsə, ancaq öz nəfsi üçün cihad edər. Həqiqətən, Allah Qənidir aləmlərdən!
A.Mehdiyev və D.Cəfərli:
Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil.
Kövsər Tağıyev:
Kim cihad edərsə, ancaq özü üçün cihad edər. Şübhəsiz, Allah aləmlərə möhtac deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim (haqq yolunda sözlə, əməllə və vuruşmaqla) cihad edərsə, özü üçün edər. Həqiqətən, Allahın aləmlərə heç bir ehtiyacı yoxdur.
Sabirə Dünyamalıyeva:
Və kim səy göstərsə, ancaq özü üçün səy göstərər. Şübhəsiz ki, Allah, həqiqətən aləmlərdən zəngindir.