Əlixan Musayev:
İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.
Elmir Quliyev
:
Среди людей есть такой, который покупает потешные речи (песни и музыку), чтобы сбивать других с пути Аллаха без всякого знания, и высмеивает их (знамения Аллаха). Таким уготованы унизительные мучения.
Ələddin Sultanov:
İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Kerbelayi Malik ağa:
İnsanlardan elələri vardır ki, heç bir elmi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
Ələsgər Musayev:
Və insanlardan var o kəs ki,
elmsizlikdən satın alır mənasız hədisləri, zəlalətə salmaq üçün
Allah yolundan və onu əyləncəyə tutur. Həmin onlar üçündür
alçaldıcı əzab.
A.Mehdiyev və D.Cəfərli:
İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.
Kövsər Tağıyev:
İnsanlardan eləsi var ki, nadanlıqla Allahın yolundan azdırmaq və o yolu məsxərəyə qoymaq üçün boş və faydasız sözləri satın alır. Onlar üçün alçaldıcı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlardan eləsi də vardır ki, heç bir biliyi olmadan (insanları) Allah yolundan yayındırmaq və bunu [Quran ayələrini] ələ salmaq üçün boş sözlər satın alır. Belələri üçün rüsvayedici əzab olacaqdır.
Sabirə Dünyamalıyeva:
İnsanlardan kimi də vardır ki, cahilcə Allah yolundan azdırmaq və onu əyləncəyə çevirmək üçün məsxərə satın alır. Bax onlar üçün alçaldıcı bir əzab var.