Fussilət Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Mən sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Mən ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır. Ona tərəf yönəlin Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!
Elmir Quliyev :
Скажи: такой же человек, как и вы. Мне внушено в откровении, что ваш бог Бог Единственный. Идите к Нему прямым путем и просите у Него прощения. И горе многобожникам,
Ələddin Sultanov:
De ki: “Mən sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək olan Allah olduğu vəhy olunur. Elə isə Ona yönəlin Ondan məğfirət diləyin! Müşriklərin vay halına!”
Kerbelayi Malik ağa:
De ki: ‘Mən sadəcə sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək bir İlah olduğu vəhy edilir. Elə isə Ona yönəlin (Ona doğru istiqamətlənin) Ondan məğfirət diləyin. Müşriklərin vay halına!’
Ələsgər Musayev:
De: «Həqiqətən, mən, bəşərəm misliniz sizin. Vəhy edilir mənə ki, həqiqətən, Ilahiniz Vahid Ilahidir. istiqamət götürün Onun tərəfinə Ondan bağışlanmaq istəyin. Vay olsun müşriklər üçün
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən (də) sizin kimi yalnız bir bəşərəm (nə mələyəm, cin, lakin) mənə vəhy olunur ki, sizin yeganə məbudunuz bir olan məbuddur. Buna görə (əqidə əməllərinizdə) Ona tərəf üz tutun Ondan bağışlanma diləyin. Vay olsun müşriklərə!»
Kövsər Tağıyev:
De ki: “Mən sadəcə sizin kimi bir insanam. Ancaq mənə ilahınızın bir tək ilah olduğu vəhy edilir. Artıq Ona üz tutun Ondan bağışlanma diləyin. Allaha şərik qoşanların vay halına!”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən ancaq sizin kimi bir insanam. Mənə sizin tanrınızın vahid bir tanrı olduğu vəhy olunur. Elə isə Ona doğru can atın, Ondan bağışlanma diləyin! Vay halına müşriklərin!
Sabirə Dünyamalıyeva:
De ki: "Mən yalnız sizin kimi bir insanam. Mənə, 'Sizin məbudunuzun bir olan Allahdır olduğu' vəhy edilir. Buna görə, Ona doğru yönəlin Ondan əfvinizi diləyin."