Əlixan Musayev:
(Həm də ona görədir) ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.
Bünyadov-Məmmədəliyev:
(Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə, nə də möminlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!
Elmir Quliyev
:
И чтобы подвергнуть мучениям лицемеров и лицемерок, многобожников и многобожниц, думающих об Аллахе дурное. Их постигнут превратности судьбы. Аллах разгневался на них, проклял их и приготовил для них Геенну. Как же скверно это место прибытия!
Ələddin Sultanov:
Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!
Kerbelayi Malik ağa:
Allah barəsində pis zənndə olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları cəzalandırsın. Pis zənnləri özlərinə dönsün. Allah onlara qəzəbləndi və onları lənətlədi. Onlar üçün cəhənnəmi hazırladı, nə pis dönüş yeri.
Ələsgər Musayev:
Əzab edər münafiq kişi və qadınları və müşrik
kişi və qadınları – zənn edənləri ki, Allah ilə pis zənn etdilər.
Pislik onların əleyhinədir və qəzəbi Allahın üzərindədir onların
və lənət etdi onları və hazırladı onlar üçün cəhənnəmi və çox
pis qayıdacaq yerdir!
A.Mehdiyev və D.Cəfərli:
Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!
Kövsər Tağıyev:
Bir də Allah haqqında sui-zənn bəsləyən münafiq kişilərə və münafiq qadınlara, Allaha şərik qoşan kişilərə və Allaha şərik qoşan qadınlara Allahın əzab etməsi üçündür. Pislik girdabı onların başına olsun! Allah onlara qəzəb etmiş, onları lənətləmiş və onlara cəhənnəmi hazırlamışdır. Ora nə pis mənzildir!
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar (yenə) ona görədir ki, O, münafiq kişi və qadınlara əzab versin. Pislikləri öz başlarına düşsün! Allahın onlara qəzəbi tutmuş, O, onlara lənət etmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Nə pis düşüb qalınacaq yer!
Sabirə Dünyamalıyeva:
və Allah haqqında pis gümanda olan o münafiq kişilərə və münafiq qadınlara, Allaha şərik qoşan kişilərə və şərik qoşan qadınlara əzab verməsi üçün -pislik [şər] onların üstünə olsun. Allah onlara qəzəb etmiş, onları uzaqlaşdırmış; mərhəmətindən məhrum etmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Ora necə pis bir yerdir!