Əlixan Musayev:
Allahın Öz Elçisinə onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz elçilərini istədiyi kəslər üzərində hakim edir. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Allahın onların (Bəni Nəzər qəbiləsinin) mallarından Öz Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz peyğəmbərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir!
Elmir Quliyev
:
К добыче, которую Аллах вернул Своему Посланнику, вы не скакали рысью ни на конях, ни на верблюдах , но Аллах дарует Своим посланникам власть, над кем пожелает. Аллах способен на всё.
Ələddin Sultanov:
Allahın onların mallarından Peyğəmbərinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah peyğəmbərlərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir. (İslam ordusu Mədinədən iki mil uzaqlıqda yaşayan Nəzir oğullarının üstünə hücum etmişdi. Onlara aid torpaqlar, müharibəsiz ələ keçirildiyi üçün qənimət olaraq yalnız Həzrət Peyğəmbərə məxsus edilmişdi. O da bu torpaqların bir hissəsini ailəsini dolandırmaq və ordunun ehtiyaclarını təmin etmək üçün əlində saxlamış, bir qismini isə ehtiyac sahibi müsəlmanlara vermişdi.)
Kerbelayi Malik ağa:
Onlardan (onların mallarından) Allahın Rəsuluna qənimət olaraq verdiyi şey (döyüşsüz əldə edilən qənimət) üçün, o zaman onların üzərinə at və dəvə sürmədiniz (yəni döyüşmədiniz). Lakin Allah rəsullarını dilədiklərinə müsəllət edər. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Allah onların qalan malından Öz
rəsuluna verdi. Siz onları ələ gətirmək üçün nə at çapıbsınız və
nə dəvə sürübsüz. Lakin Allah Öz rəsullarına hər kimin
üzərində istəsə sultanlıq verər. Allah üzərində külli şeyin
Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah onlar(ın malların)dan («fəy» şəklində) öz peyğəmbərinə nəyi qaytardısa, (hamısı Allah Rəsuluna məxsusdur, çünki) siz on(u almağ)a nə at çapmısınız və nə də dəvə sürmüsünüz (və onun üstündə müharibə etmisiniz). Lakin Allah Öz peyğəmbərlərini istədiyinə hökmran edər və Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Onların mallarından Allahın öz Peyğəmbərinə savaşmadan qazandırdığı mallar üçün siz at və ya dəvə sürməmisiniz. Lakin Allah Peyğəmbərlərini istədiyi kəslərin üzərinə salıb onlardan üstün edər. Allahın hər şeyə haqqı ilə gücü yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın öz peyğəmbərinə onlardan verdiyi qənimət üçün siz (onların üzərinə) nə at, nə də dəvə sürmüsünüz. Lakin Allah Öz peyğəmbərlərini istədiyi kəslər üzərində hakim edir. Axı Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Və Allahın, onlardan [Öz] Elçisinə verdiyi "fəy"lər [döyüşmədən əziyyətsiz əldə edilən gəlirlər] [ki var]; siz, o gəlirlər üçün at oynatmadınız, dəvə də sürmədiniz; heç zəhmət çəkmədiniz. Lakin Allah, elçilərini istədiyi kəslərin üstünə göndərər. Və Allah, hər şeyə ən yaxşı qadirdir.