Ənam Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə (göydən) bol-bol yağış yağdırmış (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik onlardan sonra başqa nəsillər yaratdıq.
Bünyadov-Məmmədəliyev:
Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.
Elmir Quliyev :
Разве они не видели, сколько поколений Мы погубили до них? Мы одарили их на земле властью, которой не одарили вас, ниспосылали им с неба обильные дожди и заставляли реки течь под ними. Мы погубили их за их грехи и создали после них другие поколения.
Ələddin Sultanov:
Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi?! Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Onlara göydən bol yağış göndərmiş (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahları səbəbilə məhv etdik onlardan sonra başqa nəsillər yaratdıq.
Kerbelayi Malik ağa:
Sizi yerləşdirmədiyimiz bir şəkildə, yer üzündə yerləşdirdiyimiz neçə-neçə qövmləri özlərindən öncə necə həlak etdiyimizi görmürlərmi? Onlara səmadan bol-bol yağış göndərdik. Altlarından çaylar axıtdıq. Lakin günahları səbəbiylə onları həlak etdik. Onlardan sonra da başqa nəsillər yaratdıq.
Ələsgər Musayev:
Ə, görmədilərmi qədər həlak etdik onlardan qabaqkı nəsilləri? O imkanatı ki, ərzdə onlara vermişdik, sizə verməmişik. Səmadan onlar üçün bol yağış göndərdik etdik onların altından cari olan nəhrlər. həlak etdik onları günahları ilə inşa etdik onlardan sonra başqa nəsil.
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə Biz günahlarının cəzası olaraq onları həlak etdik onlardan sonra digər bir toplum vücuda gətirdik.
Kövsər Tağıyev:
Onlardan əvvəl neçə-neçə nəsilləri həlak etdiyimizi görmədilərmi? Yer üzündə sizə vermədiyimiz imkan iqtidarı onlara vermişdik. Onlara bol-bol yağmur yağdırmışdıq. Torpaqlarından çaylar axıtmışdıq. Sonra da günahları səbəbi ilə onları həlak etdik onlardan sonra başqa bir nəsil var etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsli yox etdiyimizi görməmişlərmi? Biz sizə vermədiyimiz imkanları yer üzündə onlara verdik. Onlara səmadan bol yağış göndərdik çayları (ayaqları) altından axar etdik. Sonra isə günahlarına görə onları məhv etdik onlardan sonra başqa bir nəsil yaratdıq.
Sabirə Dünyamalıyeva:
Görmürlərmi ki, Biz, onlardan əvvəl yer üzündə sizə vermədiyimiz bütün imkanları verdiyimiz, səmanı üstlərinə bərəkətlə göndərib altlarından çaylar axıtdığımız neçə-neçə nəsilləri dəyişikliyə/məhvə məruz qoyduq. Biz onları günahlarına görə dəyişikliyə/məhvə məruz qoyduq onların ardınca başqa bir nəsil yaratdıq.