Əlixan Musayev:
Onlarda sizin üçün – Allaha və Axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə (bilsin ki,) Allah Zəngindir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tərifə (şükrə) layiqdir!
Elmir Quliyev
:
Они были прекрасным примером для вас — для тех, кто надеется на Аллаха и на Последний день. А если кто-либо отвернется, то ведь Аллах — Богатый, Достохвальный.
Ələddin Sultanov:
Şübhəsiz ki, onlarda həm sizin, həm də Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl bir nümunə vardır. Kim (haqdan) üz döndərərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyildir, hər cür tərifə layiqdir.
Kerbelayi Malik ağa:
And olsun ki, onlarda sizin üçün Allahı və axirət gününü diləmiş olan kəslər üçün gözəl örnək vardır. Kim dönərsə, o təqdirdə şübhəsiz ki, Allah Ğanidir, Həmiddir.
Ələsgər Musayev:
Əlbəttə, oldu sizin üçün onlarda yaxşı nümunə – o kəs üçün
ki, Allaha tərəf qayıtmağına və axirət gününə ümidi oldu. Kim
üz döndərirsə və həqiqətən, Allah - O Qənidir, Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur). Çünki Allah heç nəyə möhtac deyil. Onun sifətləri öyülmüş, həmd-səna edən və həmd-səna olunandır.
Kövsər Tağıyev:
And olsun, onlarda (İbrahim və onunla birlikdə olanlarda) sizin üçün, Allahı və axirət gününü arzu edənlər üçün gözəl bir nümunə var. Kim üz döndərsə, bilsin ki, Allah hər baxımdan sonsuz zəngindir, tərifə layiqdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizlərdən Allahın və axirət gününün arzusunda olan kəslər üçün onlarda yaxşı bir ibrət vardır. Hər kim üz döndərsə (bilsin ki), Allah heç nəyə möhtac deyildir, tərifə layiqdir!
Sabirə Dünyamalıyeva:
And olsun, onlarda sizin üçün; Allaha və axirət gününə ümid bəsləyən kəslər üçün gözəl bir nümunə vardır. Kim üz döndərsə bilsin ki, şübhəsiz ki, zəngin olan, tərifə layiq olan məhz Allahdır.