Əlixan Musayev:
Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.
Elmir Quliyev
:
А вот Иса (Иисус), сын Марьям (Марии), сказал: "О сыны Исраила (Израиля)! Я послан к вам Аллахом, чтобы подтвердить правдивость того, что было в Таурате (Торе) до меня, и чтобы сообщить благую весть о Посланнике, который придет после меня, имя которого будет Ахмад (Мухаммад)". Когда же он явился к ним с ясными знамениями, они сказали: "Это — очевидное колдовство".
Ələddin Sultanov:
Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbəri müjdələyən elçisiyəm!” - demişdi. İsa onlara açıq-aşkar möcüzələr gətirdiyi zaman onlar: “Bu açıq-aydın bir sehrdir!” - dedilər.
Kerbelayi Malik ağa:
Məryəm oğlu İsa (ə.s) belə demişdi: ‘Ey İsrail oğulları! Şübhəsiz ki, mən əlimdəki Tövratda olan hər şeyi təsdiq edən və məndən sonra gələcək Əhməd adlı Rəsul ilə sizi müjdələyən, sizə göndərilmiş Allahın Rəsuluyam.’ Lakin onlara bəyyinələr (möcüzələr, dəlillər) gətirdiyi zaman onlar: ‘Bu açıq-aşkar sehrdir.’ dedilər.
Ələsgər Musayev:
Onda Isa Məryəm oğlu dedi: «Ay Israil oğulları! Mən sizin
tərəfinizə Allah rəsuluyam. Təsdiq edirəm nə ki, Tövratdan
əlinizdədir sizin aranızda və bəşarət verirəm sizə rəsul ilə,
gələcək məndən sonra, ismi onun Əhməddir!» Amma elə ki,
gəldi onlara bəyanatlarla, dedilər: «Bu, sehrdir aşkar!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd – səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
Kövsər Tağıyev:
Bir vaxt Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Şübhəsiz, mən Allahın sizə məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adında bir peyğəmbəri müjdələyən (olaraq göndərdiyi) peyğəmbəriyəm”, – demişdi. Lakin (İsa) onlara açıq-aydın möcüzələri gətirdikdə: “Bu, açıq-aşkar bir sehrdir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail övladları, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiq edən, məndən sonra gələcək Əhməd [Məhəmməd] adlı bir peyğəmbərin müjdəsini verən bir peyğəmbərəm." O [Məhəmməd], onlara aşkar dəlilləri gətirəndə isə dedilər: "Bu, aşkar bir sehrdir."
Sabirə Dünyamalıyeva:
Və bir vaxt Məryəm oğlu İsa: "Ey İsrail oğulları! Şübhəsiz ki, mən, Tövratdan iki əlimin arasındakıları təsdiqləyən və məndən sonra gələcək, adı, Əhməd [olan]/tərifə başqalarından daha layiq [olan] bir elçini müjdələyən, Allahın bir elçisiyəm" demişdi. Sonra İsa onlara açıq-aşkar dəlillərlə gəldikdə, onlar: "Bu, açıq-aşkar bir sehrdir!" dedilər.