Talaq Surəsi 6. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.
Bünyadov-Məmmədəliyev:
Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər). Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər.
Elmir Quliyev :
Поселяйте их там, где вы живете сами по вашему достатку. Не причиняйте им вреда, желая стеснить их. Если они беременны, то содержите их, пока они не разрешатся от бремени. Если они кормят грудью для вас, то платите им вознаграждение и советуйтесь между собой по-хорошему. Если же вы станете обременять друг друга, то кормить для него будет другая женщина.
Ələddin Sultanov:
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
Kerbelayi Malik ağa:
Sizin yaşadığınız yerin bir qismində imkanınız çatdığı qədər onları yerləşdirin. Onları sıxıntıya salmaq üçün onlara zərər verməyin əgər onlar hamilədirlərsə, o zaman hamiləlikdən azad olana qədər onlara infaq edin (xərcləyin). Əgər bundan sonra sizin üçün uşaq əmizdirirlərsə, o zaman onların haqqını verin. Maruf ilə (xoşluqla) aranızda razılığa gəlin. Əgər bir çətinliyiniz olsa, o təqdirdə onu bir başqası əmizdirə bilər.
Ələsgər Musayev:
Sakin edin onları harada ki, siz özünüz sakin olmuşdunuz, imkanınız daxilində onlara zərər yetirməyin yerlərini dar etmək üçün. Əgər onlar hamilə olsalar, infaq edin üzərində onların, ta hamiləliklərini sona yetirələr. Əgər onlar sizin uşağınıza süd verələr, onların ücrətlərini verin. Öz aranızda mərifətlə rəftar edin əgər çətinlik çəksəniz, onda qoy ona başqası süd versin.
A.Mehdiyev və D.Cəfərli:
Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc s. cəhətdən) zərər vurmayın. Əgər hamilə olsalar, bari-həmli yerə qoyana qədər onların xərclərini verin əgər sizin üçün uşağa süd versələr, ücrətlərini ödəyin öz aranızda (körpənin halı barəsində) gözəl bir şəkildə məşvərət edərək bir-birinizin sözünü dinləyib qəbul edərək keçinin. Əgər bir-birinizi çətinliyə salsanız, başqa bir qadın o körpəyə süd versin (kişi uşaq üçün dayə tutmalıdır).
Kövsər Tağıyev:
Onları (iddətləri müddətincə) bacardığınız qədər yaşadığınız yerin bir bölümündə saxlayın. Onları çətinliyə salmaq məqsədilə onlara zərər verməyin. Əgər hamilədirlərsə, doğana qədər nəfəqələrini verin. Sizin üçün (uşağı) əmizdirərlərsə, (əmizdirmə) haqlarını da verin aranızda münasib bir şəkildə razılaşın. Əgər razılaşmasanız, uşağı atanın hesabına başqa bir qadın əmizdirəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
(Boşandıqdan) sonra imkanınız daxilində öz yaşadığınız yerdə onlara da yaşamağa yer verin. Sıxıntı vermək üçün onları incitməyin. Əgər hamilədirlərsə, boynundakıları yerə qoyana qədər onlar üçün xərc çəkin. Əgər sizin üçün (uşaq) əmizdirirlərsə, onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Əgər çətinlik çəkərsinizsə, qoy onda onu başqa qadın əmizdirsin.
Sabirə Dünyamalıyeva:
O qadınları, imkanınız çatdığı qədər öz yaşadığınız yerin bir hissəsində sakin edin onları sıxışdırmaq məqsədilə onlarla bir-birinizin ziyanına olacaq şeylər etməyin. Əgər hamilədirlərsə, yüklərini yerə qoyana qədər onlar üçün xərcləyin/xərclərini çəkin. Sonra sizin üçün uşaq əmizdirsələr, onlara əvəzini verin öz aranızda adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən bir tərzdə məşvərət edin. əgər çətinlik çəksəniz, xərcini ata çəkməklə, başqa bir qadın əmizdirsin.