Nur Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Heyzdən doğuşdan kəsildikləri üçün) ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini (zinət yerlərini naməhrəmə) göstərmədən üst paltarını (çarşab, niqab, bürüncək s.) çıxarmasında günah yoxdur. Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev :
Нет греха на престарелых женщинах, которые не надеются на замужество, если они снимут верхнюю одежду, не показывая своей красы. Но воздерживаться от этого лучше для них. Аллах Слышащий, Знающий.
Ələddin Sultanov:
Evlənmək ümidi qalmayan yaşlı qadınlara gəlincə, zinətlərini (başqa kişilərə) göstərmədən üst geyimlərini çıxartmaları onlara günah deyildir. Bundan çəkinmələri isə onlar üçün daha xeyirlidir. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Qadınlardan nikah ümidi olmayan yaşlı qadınların zinətlərini açmadan üst geyimlərini çıxartmaqlarında, bundan sonra onlara günah yoxdur. İffətli olmağı istəmələri onlar üçün daha xeyirlidir. Allah Səmi'dir (ən yaxşı eşidəndir), Alimdir.
Ələsgər Musayev:
Qoca arvadlardan hansı ki, nigaha müraciətləri yoxdur, günah deyil ki, paltarlarını soyunsunlar, bir surətdə ki, zinətlərini aşkara salmayalar. Əgər iffətli olsalar, onlar üçün xeyirdir. Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Heyz hamiləlikdən kəsildiyi üçün təbii olaraq) evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət bəzəklərini göstərmədən (baş örtüyü bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən biləndir.
Kövsər Tağıyev:
Artıq evlənməyə ümid bəsləməyən, heyzdən doğuşdan kəsilən yaşlı qadınların zinətlərini göstərmədən üst paltarlarını çıxarmalarında onlar üçün bir günah yoxdur. Amma yenə çəkinmələri onlar üçün daha xeyirlidir. Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ərə getmək arzusunda olmayan yaşlı qadınlara isə heç bir zinətini [qadın gözəlliyini] nümayiş etdirmədən üst paltarlarını soyunmaqda bir günah olmaz. Özlərini saxlasalar [soyunmasalar] onlar üçün daha yaxşıdır. Allah hər şey eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
evlənmək ümidi qalmayan yaşlı qadınların zinətlərini göstərmədən üst paltarlarını çıxarmasında onlar üçün bir günah yoxdur. iffətli olmaları özləri üçün daha xeyirlidir. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.