Maidə Surəsi 60. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu, )Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini meymunlara donuzlara döndərdiyi şəxslər tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan doğru yoldan daha çox azanlardır!”
Bünyadov-Məmmədəliyev:
De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis doğru yoldan daha çox azanlardır!
Elmir Quliyev :
Скажи: "Сообщить ли вам о тех, кто получит еще худшее воздаяние от Аллаха? Это те, кого Аллах проклял, на кого Он разгневался, кого Он превратил в обезьян и свиней и кто поклонялся тагуту. Они займут еще более скверное место и еще больше сбились с прямого пути".
Ələddin Sultanov:
De: “Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara donuzlara döndərmiş, eləcə tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir onlar doğru yoldan daha çox azmışlar”.
Kerbelayi Malik ağa:
De ki: ‘Bundan daha şərli olub Allahın dərgahında dəqiqləşmiş olan cəzanı sizə xəbər verim mi? Onlar Allahın lənətlədiyi, qəzəbləndiyi, meymunlara, donuzlara çevirdiyi tağuta qul etdiyi kəslərdir. Onlar məkanı ən pis olanlar səvva (dizayn) edilmiş yoldan ən çox sapanlardır.’
Ələsgər Musayev:
De: «Allah yanında şər etibarı ilə bundan müsibətlisini sizə xəbər verimmi?» O kəslər ki, Allah onları lənət edib qəzəblənib onlardan meymun donuzlar etdi onlar Tağuta ibadət edirlər. Həmin onlar məkanca şərli doğru yoldan azanlardır!
A.Mehdiyev və D.Cəfərli:
De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar donuzlar surətinə saldığı Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan düz yoldan daha çox azanlar!»
Kövsər Tağıyev:
De ki: “Allah qatında cəzası bundan daha pis olanları sizə xəbər verimmi? Onlar Allahın lənətlədiyi qəzəbinə düçar etdiyi, aralarından meymunlar donuzlar çıxardığı kimsələr ilə şeytanlara tapınan kimsələrdir. Bunların yeri daha pisdir onlar doğru yoldan daha çox azanlardır”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahın dərgahında cəza baxımından bundan da pisi haqqında sizə xəbər verimmi? Allahın lənətinə qəzəbinə düçar olanlar, Onun meymun donuz şəklinə saldığı kəslər Tağuta [şeytana] ibadət edənlər - onların məqamı daha pisdir onlar düz yoldan daha çox azmışlar."
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın yanında cəzalandırılmaq baxımından bunlardan daha pisini sizə xəbər verimmi? Allah kimləri uzaqlaşdırmış qəzəbinə tuş etmişsə; kimləri meymunlara, donuzlara tağuta tapınanlar etmişsə, bax onların yerləri pisdir [onlar] doğru yoldan daha çox azmışdır."