Əlixan Musayev:
Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, (çağırışa) cavab verəndir”.
Bünyadov-Məmmədəliyev:
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!”
Elmir Quliyev
:
Мы отправили к самудянам их брата Салиха. Он сказал: "О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас иного божества, кроме Него. Он сотворил вас из земли и поселил вас на ней. Просите прощения у Него, а затем покайтесь перед Ним. Воистину, мой Господь — Близкий, Отзывчивый".
Ələddin Sultanov:
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”.
Kerbelayi Malik ağa:
Səmud qövmünə onların qardaşı Saleh (ə.s) belə dedi: ‘Ey qövmüm! Allaha qul olun. Sizin üçün Ondan başqa ilah yoxdur. Sizi torpaqdan yaradan və orada yerləşdirən Odur. Elə isə Ondan məğfirət istəyin. Sonra Ona tövbə edin (Allaha yönəlin). Mənim Rəbbim şübhəsiz ki, yaxındır, (duaları) qəbul edəndir.’
Ələsgər Musayev:
Səmudlulara tərəf - qardaşları Salehi. Dedi: «Ay qoumum!
Ibadət edin Allaha! Sizin üçün Ondan qeyri Ilahi yoxdur. O sizi
ərzdən inşa etdi və ərzdə sizi yerləşdirdi. Ondan bağışlanmaq
istəyin, sonra Ona tərəf dönün. Həqiqətən, Rəbbim Qəribdir,
Mucibdir!»
A.Mehdiyev və D.Cəfərli:
Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».
Kövsər Tağıyev:
Səmud qövmünə də qardaşları Salihi peyğəmbər göndərdik. Dedi ki: “Ey qövmüm! Allaha qulluq edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O, sizi yerdən (torpaqdan) yaratdı və sizə oranı abad etmək vəzifəsi verdi. Elə isə ondan bağışlanma diləyin. Sonra da Ona tövbə edin. Şübhəsiz, Rəbbim yaxındır və dualara cavab verəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Səmud (tayfasına) qardaşları Salehi (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin! Sizin üçün Ondan başqa bir tanrı yoxdur. O sizi yerdən [torpaqdan] yaratdı və sizi orada məskunlaşdırdı. Ondan bağışlanmanızı istəyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, haraya çatandır!"
Sabirə Dünyamalıyeva:
Səmuda da qardaşları Salehi elçi göndərdik. O, dedi ki: "Ey xalqım! Allaha ibadət edin. Sizin üçün Ondan başqa məbud yoxdur. O, sizi yer üzündən əmələ gətirən və sizi orada yaşadandır. Artıq Ondan əfv istəyin. Sonra Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim çox yaxındır, yalvarışlara cavab verəndir."