Taha Surəsi 61. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O, sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.
Bünyadov-Məmmədəliyev:
Musa onlara (sehrbazlara) dedi: “(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O, sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar (muradına çatmaz)”.
Elmir Quliyev :
Муса (Моисей) сказал им: "Горе вам! Не возводите навет на Аллаха, а не то Он уничтожит вас, подвергнув мучениям. Неудача постигнет того, кто измышляет ложь".
Ələddin Sultanov:
Musa onlara dedi: “Vay halınıza! Yalandan Allaha iftira yaxmayın! Yoxsa O sizi əzabla məhv edər. İftira yaxan kimsə zərərə uğramışdır”.
Kerbelayi Malik ağa:
Musa (ə.s) onlara belə dedi: ‘Vay sizin halınıza! Allaha yalan ilə iftira atmayın yoxsa sizi əzabla yox edər iftira edənlər ziyana uğramışdır.’
Ələsgər Musayev:
Dedi Musa onlara: «Vay olsun sizə, iftira etməyin üzərinə Allahın yalanı. O sizi bərk əzab edər». Xar oldu o kəs ki, iftira etdi!
A.Mehdiyev və D.Cəfərli:
Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» «bu möcüzələr sehr cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. əlbəttə kim yalan yaxdısa naümid oldu.
Kövsər Tağıyev:
Musa onlara belə dedi: “Vay sizin halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa sizi əzab ilə yox edər. Allaha qarşı yalan uyduran mütləq ziyana uğrayar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa onlara dedi: “Vay halınıza ki, Allaha qarşı yalan uydurasınız. Yoxsa O, sizi əzabla məhv edər. İftira uyduran peşman olar".
Sabirə Dünyamalıyeva:
Musa onlara dedi ki: "Təəssüflər olsun sizə! Allaha yalan uydurmayın. Sonra bir əzab ilə kökünüzü kəsər. Həqiqətən, uyduran zərər etmişdir."