Əlixan Musayev:
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Bünyadov-Məmmədəliyev:
(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
Elmir Quliyev
:
Тому, кто станет препираться с тобой относительно него после того, что к тебе явилось из знания, скажи: "Давайте призовем наших сыновей и ваших, наших женщин и ваших, нас самих и вас самих, а затем помолимся и призовем проклятие Аллаха на лжецов!"
Ələddin Sultanov:
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki: “Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!” (Bu ayəyə “Mübahilə ayəsi” deyilir ki, bir məsələ barəsində mübahisə edən iki tərəf, hansının haqlı olduğunu ortaya çıxarmaq üçün qarşılıqlı lənətləşirlər.)
Kerbelayi Malik ağa:
Artıq kim sənə gələn elmdən sonra, onun haqqında səninlə mübahisə etsə, o zaman de ki: ‘Gəlin, sizlər və bizlər də daxil olmaq üzrə oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı çağıraq (bir yerə toplanaq). Sonra dua edək, beləcə Allahın lənətini yalançıların üzərinə edək.’
Ələsgər Musayev:
Kim
mübahisə edərsə səninlə bu haqda, ondan sonra ki, gəldi sənə
elmdən və de: «Gəlin şağıraq bizim oğlanlarımızı və sizin
oğlanlarınızı və bizim qadınlarımızı və sizin qadınlarınızı və öz
nəfsimizi və sizin nəfsinizi, sonra biz təhlil edək və göndərdək
Allahın lənətini üzərinə yalançıların!»
A.Mehdiyev və D.Cəfərli:
Buna gor? d? s?n? elm g?ldikd?n sonra, onun bar?sind? (Isa M?sih-?leyhiss?lam haqq?nda) s?ninl? mubahis? ed?n (hoc?tl?s?n) k?s? de: «G?lin biz oz ogullar?m?z?, siz oz ogullar?n?z?, biz oz qad?nlar?m?z?, siz oz qad?nlar?n?z?, biz ozumuzu, siz d? ozunuzu (bizim can?m?z kimi olan k?sl?ri) cag?raq, sonra bir-birimiz? nifrin ed?k, bel?likl? Allah?n l?n?tini yalanc?lara yagd?raq. (Peyg?mb?r bu hadis?d? imam H?s?nl? Imam Huseyni ogullar?, Fatim?ni qad?n v? ?lini can? kimi «mubahil?»y?, y?ni ay?d? isar? olunan qars?l?ql? nifrin etm? m?rasimin? apard? v? kafirl?r t?slim oldular.)
Kövsər Tağıyev:
Sənə (lazımi) bilik gəldikdən sonra artıq bu mövzuda kim səninlə mübahisə etsə, de ki: “Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı çağıraq. Biz də, siz də toplanaq. Sonra ürəkdən dua edək, (aramızdan) yalan söyləyənlərə Allahın lənətini diləyək”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənə bilik gələndən sonra kim bu barədə səninlə mübahisəyə girişsə, de: "Gəlin övladlarımızı və övladlarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü (bir yerə) çağıraq, sonra isə (Allaha) üz tutaraq yalançılara Allahın lənətini yağdıraq."
Sabirə Dünyamalıyeva:
Sənə elm gəldikdən sonra kim bu mövzuda səninlə mübahisə etsə, dərhal de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da bir-birimizə nifrin edək, Allahın uzaqlaşdırıb gözdən salmasını [lənətini] yalançıların üstünə yağdıraq."