Əlixan Musayev:
Gecəni rahatlanmanız üçün yaradan, gündüzü (ruzi qazanmanız üçün) işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir.
Bünyadov-Məmmədəliyev:
Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz!
Elmir Quliyev
:
Аллах — Тот, Кто сотворил для вас ночь, чтобы вы отдыхали в течение нее, и день для освещения. Воистину, Аллах оказывает людям милость, но большинство людей неблагодарны.
Ələddin Sultanov:
Dincəlməyiniz üçün gecəni, görə bilməyiniz üçün də gündüzü yaradan Allahdır. Həqiqətən, Allah insanlara qarşı lütfkardır. Lakin insanların çoxu şükür etməz.
Kerbelayi Malik ağa:
O Allah ki, sizə gecəni rahatlıq tapmağınız üçün yaradan, gündüzü də işıqlı edəndir. Şübhəsiz ki, Allah insanlar üzərində mütləq fəzl sahibidir. Lakin insanların çoxu şükür etməzlər.
Ələsgər Musayev:
Allah – Odur ki, etdi sizin
üçün gecəni sakin olmanız üçün onda və gündüzü bəsirət.
Həqiqətən, Allah fəzl sahibidir insanlar üzərində və lakin
əksəriyyəti insanların şükr etmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Allah gecəni onda asayiş və rahatlıq tapmağınız üçün yaradan, gündüzü isə (işlə məşğul olmağınız üçün) işıqlı edəndir. Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükr etmirlər.
Kövsər Tağıyev:
Allah, içində rahat olasınız deyə gecəni və (hər şeyi) göstərən (aydınlıq) gündüzü yaradandır. Şübhəsiz, Allah insanlara qarşı çox lütfkardır, ancaq insanların çoxu şükür etməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Rahatlanmanız üçün gecəni və görməyiniz üçün gündüzü sizə verən Allahdır. Həqiqətən də Allah insanlar üçün lütf sahibidir, lakin insanların çoxu şükr etmir.
Sabirə Dünyamalıyeva:
Allah, dincəlməyiniz üçün gecəni, göz açan bir aydınlıq; düşüncə inkişaf etdirici olaraq da gündüzü sizin üçün nizamlayandır. Şübhəsiz ki, Allah insanlara qarşı bir nemət sahibidir. Lakin insanların çoxu verilən nemətlərin əvəzini ödəməz.