Hud Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin (əqidə) barəsində şübhə doğuran şəkk içindəyik”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik”.
Elmir Quliyev :
Они сказали: Салих! Прежде ты был нашей надеждой. Неужели ты запрещаешь нам поклоняться тому, кому поклонялись наши отцы? Воистину, нас терзают смутные сомнения относительно того, к чему ты нас призываешь".
Ələddin Sultanov:
Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, - dedilər.
Kerbelayi Malik ağa:
‘Ey Saleh, sən bundan əvvəl aramızda haqqında ümid edilən bir kimsə olmuşdun!’ dedilər. ‘Atalarımızın tapındığı şeylərə, bizim tapınmamığızı sən bizə yasaqmı edirsən? Həqiqətən, bizi Ona dəvət etdiyin şübhə verici şeydən, biz qətiliklə tərəddüd içindəyik.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay Saleh! Bundan qabaq öz aramızda sənə ümid bəsləyirdik. Indi atalarımızın ibadət etdiyinə ibadət etməkdən bizi çəkindirirsənmi? Biz bərk şəkk edirik ona ki, bizi çağırırsan».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Ey Saleh, sən bundan əvvəl bizim aramızda bir ümid yeri idin (bizim dinimizi qəbul edəcəyinə ya bizə başçılıq edəcəyinə ümid bəsləyirdik). Bizi atalarımızın ibadət etdikləri şeydən çəkindirirsən?! doğrudan da biz, bizi tərəfinə çağırdığın şey (şəriksiz Allah) barəsində tərəddüdlü anlaşılmazlıq gətirən bir şəkk-şübhə içərisindəyik».
Kövsər Tağıyev:
Onlar belə dedilər: “Ey Salih! Bundan əvvəl sən aramızda ümid edilən bir kimsə idin. İndi atalarımızın tapındıqlarına tapınmağımızı bizə qadağan edirsən? Şübhəsiz, biz sənin bizi çağırdığın şey barəsində dərin bir şübhədəyik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Ey Saleh, sən bundan əvvəl içərimizdə arzu olunan kəs idin. Doğrudanmı sən ata-babalarımızın ibadət etdiklərinə ibadət etməyi bizə qadağan edəcəksən? Biz sənin bizi dəvət etdiklərinə güclü şübhədəyik
Sabirə Dünyamalıyeva:
Dedilər ki: "Ey Saleh! Sən, bundan əvvəl aramızda, axtarılan/ümid bəslənən bir adam idin. İndi isə atalarımızın ibadət etdiklərinə ibadət etməyi bizə qadağanmı edirsən? heç şübhəsiz biz, bizi dəvət etdiyin şey barəsində zehnimizi qarışdıran bir qəti olmayan, əskik məlumat içindəyik."