Əlixan Musayev:
Onlar özlərinin xoşlamadıqları (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) özlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər. Dilləri də: “Onları ən gözəl aqibət (Cənnət, Allah rizası) gözləyir!” - deyə yalan söylər. Şübhəsiz ki, onları Cəhənnəm gözləyir. Onlar (Cəhənnəm atəşinə daxil olduqdan sonra hamı tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gündən-günə Cəhənnəmə yaxınlaşanlardır. )
Elmir Quliyev
:
Они приписывают Аллаху то, что им самим неприятно. Их языки лживо возвещают о том, что им уготовано наилучшее. Несомненно, им уготован Огонь, и они будут покинуты.
Ələddin Sultanov:
Onlar özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Ən gözəl olanın (gözəl aqibətin) özlərinə aid olduğunu söyləyən dilləri də yalan deyir. Şübhəsiz ki, onlar üçün cəhənnəm vardır və onlar ora ən qabaqda girəcəklər.
Kerbelayi Malik ağa:
Onlar bəyənmədikləri şeyləri (qızları) Allaha isnad edərlər. Onlar dilləri ilə yalandan ən gözəlin ‘onlara məxsus olduğunu’ söyləyər. Atəşin onların olduğuna şübhə yoxdur. Şübhəsiz ki, onlar həddi aşanlardır.
Ələsgər Musayev:
Nisbət verirlər
Allah üçün o şeydən ki, özlərinin kərahətləri var və vəsf edirlər
dilləri ilə yalan sözlər ki, onlar üçündür yaxşılıq. Həqiqətən,
onlar üçün od var və onlar tərk ediləcəklər!
A.Mehdiyev və D.Cəfərli:
Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.
Kövsər Tağıyev:
Özlərinin bəyənmədiklərini Allaha isnad edirlər. Dilləri də yalan uydurur ki, guya ən gözəl aqibət onlarındır. Heç şübhə yoxdur ki, onlar üçün cəhənnəm var və onlar oraya ən öndə daxil ediləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar özlərinin istəmədiklərini [qızları] Allaha (övlad) edirlər. Dilləri də yalandan guya onlara cənnət nəsib olacağını söyləyir. Şübhəsiz ki, onlar üçün cəhənnəm odu olacaqdır və onlar (odda) tərk ediləcəklərdir.
Sabirə Dünyamalıyeva:
Və bəyənmədiklərini Allah üçün ayırırlar. Və dilləri, ən gözəlin özlərinə məxsus olduğunu, yalan yerə söyləyir. Heç şübhəsiz ki, onlar üçün ancaq atəş vardır və onlar, [hamıdan] öndə [atəşə] itələnəcəklər.