Vaqiə Surəsi 62. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz ilk yaradılışı bilirsiniz. Bəs üçün (dirildiləcəyiniz barədə) düşünmürsünüz?
Bünyadov-Məmmədəliyev:
And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
Elmir Quliyev :
Вы уже знаете о первом сотворении. Почему же вы не помяните назидание?
Ələddin Sultanov:
Şübhəsiz ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə düşünüb ibrət almalı deyilsinizmi?
Kerbelayi Malik ağa:
And olsun ki, ilk yaradılışı bildiniz, hələ düşünüb ibrət almırsınız?
Ələsgər Musayev:
Əlbəttə, siz əvvəlki inşaatını bilirsiniz. Məgər yad etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs üçün ibrət götürmürsünüz?!
Kövsər Tağıyev:
And olsun, birinci yaradılışı(nızı) bilirsiniz. O halda kaş düşünəsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı siz ilk yaradılmanızı bilirsiniz, barı bir düşünüb- daşınaydınız!
Sabirə Dünyamalıyeva:
and olsun, ilk yaradılışı bildiniz, öyrəndiniz. Yaxşı, düşünüb öyüd-nəsihət almağınız lazım deyilmi?