Əlixan Musayev:
(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!
Elmir Quliyev
:
Аллах сказал: "Ступай! И если кто последует за тобой, то Геенна будет для вас воздаянием, полным воздаянием.
Ələddin Sultanov:
Allah buyurdu: “Get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, sizin cəzanız tam bir cəza olan cəhənnəmdir.
Kerbelayi Malik ağa:
(Allahu Təala belə buyurdu): ‘Get! Artıq onlardan kim sənə tabe olsa, o zaman şübhəsiz ki, sizin cəzanız tam bir cəza olaraq cəhənnəmdir.’
Ələsgər Musayev:
Dedi: «Get! Kim tabe olsa sənə onlardan, həqiqətən,
cəhənnəm sizin cəzanızdır ki, cəzadır bütün!
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»
Kövsər Tağıyev:
Allah belə dedi: “Çıx get! Onlardan kim sənə tabe olarsa, şübhəsiz, cəhənnəm hamınızın tam bir cəzası olacaq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Çıx get! Onlardan kim sənə uysa, tam bir cəza olaraq cəzanız cəhənnəm olacaqdır.
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Get! Sonra onlardan kim sənə uysa, bilin ki, şübhəsiz ki, cəzanız kafi bir cəza olaraq cəhənnəmdir.