Həcc Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Allahın göydən yağış yağdırdığını (onunla )yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər Allahın göydən yağmur endirdiyini yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah (gözlənilməyən yerdən ruzi yetirməklə bəndələrinə) lütfkardır, (onların hər işindən) xəbərdardır.
Elmir Quliyev :
Неужели ты не видишь, как Аллах ниспосылает с неба воду, после чего земля зеленеет? Воистину, Аллах Проницательный (или Добрый), Ведающий.
Ələddin Sultanov:
Allahın göydən su endirdiyini beləcə, yer üzünün yaşıllaşdığını görmədinmi?! Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
Allahın səmadan su endirdiyini beləcə yer üzünün yaşıllaşdığını görmədinmi? Şübhəsiz ki, Allah Lətifdir (lütf sahibidir), Xəbirdir (hər şeydən xəbərdardır).
Ələsgər Musayev:
Ə, görmürsənmi Allah səmadan su nazil edir sübh çağı ərzin üzü təravətli olur? Həqiqətən, Allah Lətifdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın göydən (yağış, qar dolu şəklində) su nazil etməsini onun vasitəsi ilə yerin yamyaşıl olmasını görmədin? Həqiqətən Allah lətif (əşyaların lap incəliklərinə nüfuz edən) (dünyanın işlərinin necə idarə olunmasından) xəbərdardır.
Kövsər Tağıyev:
Allahın göydən yağmur endirdiyini, beləliklə, yer üzünün yamyaşıl olduğunu görmədinmi? Şübhəsiz, Allah çox lütfkardır, haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Allahın səmadan su endirdiyini bununla yerin yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Həqiqətən Allahın, göydən su endirdiyini [və onunla] yer üzünün yamyaşıl olduğunu görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, Allah, çox lütfkardır, ən yaxşı xəbərdar olandır.