Nur Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd, deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” deyə cavab verin. ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!
Elmir Quliyev :
Не равняйте обращение к Посланнику среди вас с тем, как вы обращаетесь друг к другу. Аллах знает тех из вас, которые уходят украдкой под прикрытием. Пусть же остерегаются те, которые противятся его воле, как бы их не постигло искушение или не постигли их мучительные страдания.
Ələddin Sultanov:
Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər! (Bu ayə Həzrət Peyğəmbərə (s.ə.s.) adı ilə xitab etməyin, yaxud ondan bəhs edərkən ancaq adını söyləməyin doğru olmadığını müsəlmanlara yaraşmadığını ifadə edir. Buna görə Həzrət Peyğəmbərdən bəhs edərkən “Mühəmməd əleyhissəlam”, “Rəsuli-əkrəm”, “Həzrət Peyğəmbər”, “Rəsulullah” kimi hörmət bildirən ifadələri işlətmək daha düzgündür. Bundan başqa, Həzrət Peyğəmbərin adı çəkildiyi zaman ona salavat gətirmək hər bir müsəlmanın borcudur.)
Kerbelayi Malik ağa:
Rəsulun çağırmasını aranızda bir-birinizi çağırmanızla bir tutmayın! Sizdən (bir-birini) sipər edərək gizlicə çıxanları Allah bilirdi. Bundan sonra Onun əmrinə qarşı gələnlər onlara bir fitnə ya şiddətli əzab isabət etməsindən çəkinsinlər.
Ələsgər Musayev:
Çağırmayın rəsulu öz aranızda biri - birinizi çağırdığınız kimi. Əlbəttə, bilir Allah sizdən o kəsləri ki, gizli çıxıb gedirlər. O kəslər ki, Onun əmrindən müxalifdirlər, gərək həzər etsinlər ki, onlara sınaq, ya ələmli əzab yetişər.
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din dünya işindəki) dəvət çağırışını sizdən birinin digərini dəvət çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın). Həqiqətən Allah (Peyğəmbərin dəvətindən sonra onun məclisindən) bir-birinin kölgəsində (xəlvətcə) yavaş-yavaş camaatın arasından çıxanları tanıyır. Buna görə gərək Peyğəmbərin əmrindən çıxanlar onlara (dünyada) bir bəla ya (axirətdə) ağrılı bir əzab gəlməsindən çəkinsinlər.
Kövsər Tağıyev:
(Ey inananlar!) Peyğəmbərin (sizi) çağırmasını öz aranızda bir-birinizi çağırmanızla bir tutmayın. Aranızdan bir-birini sipər tutaraq sovuşub aradan çıxanları Allah, həqiqətən, bilir. Artıq onun əmrinə qarşı çıxanlar başlarına bir bəlanın gəlməsindən ya ağrılı-acılı bir əzaba düçar olmaqdan çəkinsinlər!
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərə öz aranızda bir-birinizə etdiyiniz kimi müraciət etməyin. Allah sizlərdən kimin fürsət taparaq aradan çıxdığını bilir. Qoy Onun (və ya peyğəmbərin) əmrinə xilaf çıxanlar özlərinə bir bəla üz verməsindən, ya da onlara üzücü bir əzab üz verməsindən qorunsunlar.
Sabirə Dünyamalıyeva:
Aranızda Elçini çağırmağı, bəzilərinizin bəzilərinizi çağırması kimi etməyin. Gizlənərək sovuşub gedənləri Allah həqiqətən bilir. Bu səbəblə, Onun əmrinə zidd hərəkət edənlər, başlarına bir ictimai bəla gəlməsindən yaxud çox ağrılı bir əzaba düçar olmaqdan həzər etsinlər.