Furqan Surəsi 63. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər.
Bünyadov-Məmmədəliyev:
Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.
Elmir Quliyev :
А рабами Милостивого являются те, которые ступают по земле смиренно, а когда невежды обращаются к ним, они говорят: "Мир!"
Ələddin Sultanov:
Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər.
Kerbelayi Malik ağa:
Rəhmanın qulları yer üzündə təvazökarlıqla gəzər. Onlara cahillər söz atdığı zaman ‘salam’ deyərlər.
Ələsgər Musayev:
Bəndələri Rəhmanın o kəslərdir ki, ərzdə təvazökar halda yol gedirlər. Onda ki, xitab edirlər onlara cahillər, deyirlər: «Salam!».
A.Mehdiyev və D.Cəfərli:
Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit təvazökarlıqla yol gedən nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş yumşaq söz) deyən kəslərdir.
Kövsər Tağıyev:
Rəhmanın qulları yer üzündə vüqarlı təvəzökar bir şəkildə yeriyənlədir. Cahillər onlara söz atdıqları zaman “Salam!” deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Mərhəmətli Allahın bəndələri yer üzündə sakit tərzdə, təkəbbürsüz gəzənlərdir cahillər onlara müraciət edəndə (onlan xoşagəlməz söhbətdən yayındırmaq üçün onlara): Salam! - deyərlər.
Sabirə Dünyamalıyeva:
Rəhmanın; yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahil kəslər onlara söz atdığı zaman "Salam!" deyərlər.