Əlixan Musayev:
Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
Bünyadov-Məmmədəliyev:
Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
Elmir Quliyev
:
Тогда Мы внушили Мусе (Моисею): "Ударь своим посохом по морю". Оно разверзлось, и каждая часть его стала подобна огромной горе.
Ələddin Sultanov:
Bu zaman Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!”(Musa əsasını dənizə vurduqda) dərhal yarıldı (on iki yol açıldı) və (suyun) hər bir hissəsi böyük bir dağ kimi oldu.
Kerbelayi Malik ağa:
O zaman Musaya (ə.s): ‘Əsanı dənizə vur.’ deyə vəhy etdik. Dərhal dəniz infilaq etdi (ikiyə ayrıldı). Beləcə hər parça böyük və yüksək dağ kimi oldu.
Ələsgər Musayev:
Biz vəhy etdik Musaya: «Zərbə vur əsanla dənizə». Bölündü o və oldu külli firqə əzəmətli dağ kimi.
A.Mehdiyev və D.Cəfərli:
Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.
Kövsər Tağıyev:
Bu zaman Musaya: “Əsan ilə dənizə vur”, – deyə vəhy etdik. Dəniz dərhal yarıldı. Hər hissəsi böyük bir dağ kimi idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya vəhy etdik: "Əsanla dənizə vur!" O [dəniz] yarıldı və hər parçası sanki nəhəng dağ oldu.
Sabirə Dünyamalıyeva:
Sonra Musaya: “Vur təcrübələrini o bol suya/çaya!” – deyə vəhy etdik. Sonra o bol su/çay yarıldı/su anbarı quruldu və hər bir parça su anbarı, ulular ulusu bir dağ kimi oldu.