Əlixan Musayev:
Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.
Bünyadov-Məmmədəliyev:
Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!
Elmir Quliyev
:
Возбуждай своим голосом, кого сможешь, пускай в ход против них свою конницу и пехоту, дели с ними их богатства и детей и давай им обещания. Воистину, обещания дьявола — всего лишь обольщение.
Ələddin Sultanov:
Onlardan gücün çatanları dəvətinlə çaşdır; atlılarını və piyadalarını onlara qarşı səfərbər et, (faizə sövq etməklə) mallarına və (zinaya sövq etməklə) övladlarına ortaq ol! Onlara vədlər ver! Şeytan onlara yalandan başqa heç nə vəd etməz.
Kerbelayi Malik ağa:
‘Onlardan gücün çatdığı kimsələri səsinlə aldat. Atlı və piyadalarınla onları bağıraraq yönləndir. Övladlarında və mallarında onlara ortaq ol. Onlara vəd et.’ Şeytanın vəd etdikləri yalandan başqa bir şey deyil.
Ələsgər Musayev:
Nə qədər
bacarırsan öz səsinlə onları əyləndir və cəlb et tamam süvari və
piyada qoşununu onlara qarşı və şərik ol onlara mallarında və
övladlarında və onlara vədlər ver. Şeytan onlara ancaq qürur
vəd verir!
A.Mehdiyev və D.Cəfərli:
Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir.»
Kövsər Tağıyev:
“Onlardan kimi bacarırsansa, yoldan çıxart. Atlılarınla və piyadalarınla onların üstünə get. Onların mallarına və övladlarına ortaq ol. Onlara vədlər ver”. Halbuki şeytan onları aldatmaqdan başqa bir şey vəd etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan kimi bacarırsansa, öz səsinlə (pis əmələ) təhrik et, onların üzərinə öz atlı və piyadalarını göndər, mal-dövlətdə və övladda onlarla şərik ol və onlara vədlər ver. Əlbəttə şeytan onlara yalan vədlər verər.
Sabirə Dünyamalıyeva:
Onlardan gücünün çatdığı kimsələri yerindən oynat. Və atlılarınla və piyadalarınla onların üzərinə fəryad qopar! Mallarına və övladlarına şərik ol! Və onlara vədlər ver. -Və şeytan, onlara yalandan başqa bir şey vəd etməz.