Əlixan Musayev:
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Bilin və agah olun ki, göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, həqiqətən, sizin nə əməl sahibi olduğunuzu (hansı məzhəbə qulluq etdiyinizi) bilir. Allah (məxluqatın, yaxud münafiqlərin dirilib) Onun hüzuruna qaytarılacaqları gün (qiyamət günü) onlara (dünyada) nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi biləndir!
Elmir Quliyev
:
Воистину, Аллаху принадлежит то, что на небесах и на земле. Он знает ваше положение и тот день, когда они будут возвращены к Нему. Он поведает им о том, что они совершили. Аллаху известно о всякой вещи.
Ələddin Sultanov:
Bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. O, həqiqətən, sizin hansı yolda olduğunuzu bilir. O, (insanların) etdikləri əməlləri hüzuruna qaytarılacaqları gün onlara xəbər verəcəkdir. Allah hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, göylərdə və yer üzündə olanlar Allahın deyilmi? O, sizin qəlblərinizdə olanı bilirdi. Beləcə Ona döndürüldükləri gün onlara etdikləri şeyləri xəbər verəcək. Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Ə, məgər yoxmu?
Həqiqətən, Allah üçündür nə ki, səmalarda və ərzdə var.
Əlbəttə, O bilir nə ki, siz üzərindəsiniz onun.O gün ki, müraciət
edəcəklər Ona tərəf, xəbər verəcək onlara nə ilə ki, əməl
ediblər. Allah küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Bil ki, şübhəsiz, göylərdə və yerdə olanlar Allahın həqiqi mülküdür. (Çünki onların hamısının yaradılması, qorunması, idarə edilməsi və yox edilməsi Onun istəyinə tabedir.) Şübhəsiz, O, sizin durumunuzu (cismani vəziyyətinizi, ruhi sifətlərinizi və ictimai mövqeyinizi) bilir və (Allah bütün insanların) Ona tərəf qaytarılacaqları gün, onları etdiklərindən xəbərdar edəcəkdir. Allah hər şeyi biləndir.
Kövsər Tağıyev:
Bilin ki, şübhəsiz, göylərdəki hər şey, yerdəki hər şey Allahındır. O, sizin nə halda olduğunuzu, həqiqətən, bilir. Allahın hüzuruna qaytarılacaqları və etdiklərini Allahın onlara xəbər verəcəyi günü xatırla. Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilmək lazımdır ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu bilir. Onlar Ona qaytarılacaqları gün O, nələr törətdiklərini onlara bildirəcəkdir. Axı Allah hər şeyi bilir.
Sabirə Dünyamalıyeva:
Gözünüzü açın! Həqiqətən, göylərdə və yer üzündə olan şeylər Allaha məxsusdur. O, sizin nə halda [hansı yolda] olduğunuzu həqiqətən bilir. Ona qaytarılacaqları gün, işlədikləri əməlləri dərhal onlara xəbər verəcəkdir. Və Allah, hər şeyi ən yaxşı biləndir.