Əlixan Musayev:
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”
Elmir Quliyev
:
Скажи: "О люди Писания! Давайте придем к единому слову для нас и для вас, о том, что мы не будем поклоняться никому, кроме Аллаха, не будем приобщать к Нему никаких сотоварищей и не будем считать друг друга господами наряду с Аллахом". Если же они отвернутся, то скажите: "Свидетельствуйте, что мы — мусульмане".
Ələddin Sultanov:
De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
Kerbelayi Malik ağa:
De ki: ‘Ey Kitab Əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə (Tövhid sözünə) gəlin. Allahdan başqasına qul olmayaq və Ona heç bir şeyi şirk (ortaq) qoşmayaq və bir qismimiz bəzilərini Allahdan başqa Rəbb qəbul etməsin.’ Bundan sonra əgər üz döndərsələr, o zaman; ‘Bizim müsəlman olduğumuza (təslim olduğumuza) şahid olun’ deyin.
Ələsgər Musayev:
De: «Ay əhli kitab! Gəlin tərəfinə o kəlmənin ki,
bərabərdir bizim aramızda və sizin aranızda: ibadət etməyək
Allahdan başqasına, və şərik qoşmayaq Onunla bir şeyi və
götürməsinlər bəzimiz bəzisini rəblər, Allahdan başqa! Əgər üz
döndərdilər və deyin: “Şahid olun bizimlə - təslim olanlarıq!”
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey kitab ?hli, g?lin biziml? sizin aran?zda bir olan k?lm? (bar?sind? peyg?mb?rl?rin v? s?mavi kitablar?n yekdil olduqlar? soz) ?traf?nda toplanaq (v? o budur ki): Allahdan basqas?na ibad?t etm?y?k, hec bir seyi Ona s?rik qosmayaq v? b?zil?rimiz Allah?n yerin? b?zil?rimizi tanr?lar q?bul etm?sin. Bel?likl?, ?g?r (bu t?klifd?n) uz dond?rs?l?r deyin: «Sahid olun ki, h?qiq?t?n, biz mus?lmanlar?q.»
Kövsər Tağıyev:
De ki: “Ey kitab əhli! Bizimlə sizin aranızda ortaq bir sözə gəlin: Yalnız Allaha ibadət edək. Ona heç bir şeyi şərik qoşmayaq. Allahı qoyub bəzilərimiz bəzilərimizi ilah qəbul etməsin”. Əgər onlar yenə üz döndərsələr, deyin ki: “Şahid olun, biz müsəlmanlarıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Ey Kitab əhli! Bizimlə öz aranızda eyni bir sözə [fikrə] gəlin ki, ancaq Allaha ibadət edək, heç nəyi Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi rəbblər etməyək!” Əgər onlar üz döndərərlərsə, onda: “Bizim müsəlman [Allaha təslim] olduğumuza şahid olun!"- deyin.
Sabirə Dünyamalıyeva:
De ki: "Ey Kitab əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə; 'Allahdan başqasına bəndəlik etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın altındakılardan bir-birimizi rəbb qəbul etməyək' prinsipinə [tərəf] gəlin. Buna baxmayaraq, əgər Kitab əhli üz döndərsələr, "Şübhəsiz, bizim müsəlmanlar olduğumuza şahid olun" deyin.