Əlixan Musayev:
Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.
Bünyadov-Məmmədəliyev:
Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
Elmir Quliyev
:
Мы отправили посланников только для того, чтобы им повиновались с дозволения Аллаха. Если бы они, поступив несправедливо по отношению к себе, пришли к тебе и попросили прощения у Аллаха, если бы Посланник попросил прощения за них, то они нашли бы Аллаха Принимающим покаяния и Милосердным.
Ələddin Sultanov:
Biz hər bir peyğəmbəri, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
Kerbelayi Malik ağa:
Biz hər bir rəsulu Allahın izniylə ancaq onlara itaət edilsin deyə göndəririk. Onlar nəfslərinə zülm etdikləri zaman əgər sənin yanına gəlsəydilər, beləcə Allahdan məğfirət diləsəydilər və Rəsul da onlar üçün məğfirət diləsəydi, mütləq Allahı (iki tərəfin də) tövbələri (onların tövbəsini və Rəsulun məğfirət tələbini) qəbul edən və rəhmət edici olaraq görərdilər.
Ələsgər Musayev:
Nə ki, göndərdik Biz rəsuldan, ancaq itaət
edilməsi üçün iznilə Allahın. Əgər onda zülm etsələr nəfslərinə,
gələrək sənə tərəf və istəsələr bağışlanmaq Allahdan və istəsə
onlar üçün bağışlanmaq rəsul, taparlar Allahı Təvvab, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.
Kövsər Tağıyev:
Biz hər peyğəmbəri məhz Allahın izni ilə itaət olunsun deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və Peyğəmbər də onlara bağışlanma diləsəydi, əlbəttə, Allahın tövbələri çox qəbul edən və çox mərhəmətli olduğunu görərdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hər bir peyğəmbəri ancaq ona görə göndərdik ki, Allahın izni ilə ona itaət edilsin. Əgər onlar öz-özlərinə zülm edərkən yanına gəlib Allahdan bağışlanmalarını istəsəydilər və peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, onlar Allahın tövbə qəbul edən rəhmli olduğunu görərdilər.
Sabirə Dünyamalıyeva:
Və Biz, hər elçini yalnız Allahın izni ilə/məlumatı daxilində itaət olunsun deyə göndərdik. Və əgər onlar şərik qoşmaq surətiylə özlərinə haqsızlıq etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmalarını istəsəydilər, sən də onlar üçün bağışlanma diləsəydin, həqiqətən Allahın tövbələri çox qəbul edən, çox tövbə fürsəti verən, çox mərhəmət edən olduğunu görərdilər.