Əraf Surəsi 64. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə (suya) qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.
Bünyadov-Məmmədəliyev:
Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz onu onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər.
Elmir Quliyev :
Они сочли его лжецом, а Мы спасли его и тех, кто был с ним, в ковчеге, и потопили тех, кто счел ложью Наши знамения. Воистину, они были слепыми людьми.
Ələddin Sultanov:
Beləcə, onlar Nuhu yalanladılar. Biz onu onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalanlayanları isə suda boğduq. Onlar, həqiqətən, kor bir qövm idi.
Kerbelayi Malik ağa:
Lakin onu yalanladılar, buna görə onu gəmidə onunla birlikdə olanları qurtardıq. Ayələrimizi yalanlayanları boğduq. Şübhəsiz ki, onlar kor bir qövm oldular.
Ələsgər Musayev:
Təkzib etdilər onu. Biz nicat verdik ona o kəslərə ki, onunla idilər gəmidə qərq etdik o kəsləri ki, yalan saydılar ayətlərimizlə Bizi! Həqiqətən, onlar kor qoum oldular!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onlar onu təkzib etdilər. Biz ona onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilər.
Kövsər Tağıyev:
Nəhayət qövmü onu yalançılıqda ittiham etdi. Biz onu gəmidə onunla bərabər olanları qurtardıq. Ayələrimizi təkzib edənləri isə suda boğduq. Çünki onlar (vicdanları haqqa qarşı bağlı olan) kor bir qövm idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə onu yalançı hesab etdilər. Biz onu onunla gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən, onlar kor camaat idilər.
Sabirə Dünyamalıyeva:
Belə olan halda onu təkzib etdilər, Biz Nuhu onunla birlikdə gəmidə olanları xilas etdik, ayələrimizi təkzib edənləri boğduq! Həqiqətən onlar kor bir qövm idi.