Əlixan Musayev:
Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.
Bünyadov-Məmmədəliyev:
Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!”
Elmir Quliyev
:
Среди ночи выведи свою семью и сам иди вслед за ними. И пусть никто из вас не оборачивается. Ступайте туда, куда вам приказано".
Ələddin Sultanov:
Gecənin bir vaxtı ailəni yola çıxart, sən də onların arxasınca get. Sizdən heç kim dönüb arxasına baxmasın və sizə əmr olunan yerə gedin!”
Kerbelayi Malik ağa:
Dərhal ailəni gecənin bir qismində yola çıxart! Onların arxasınca get. Sizdən heç biriniz arxasına dönüb baxmasın və əmr olunan yerə gedin.
Ələsgər Musayev:
Çıx öz əhlinlə gecədən bir qədər keçmiş və get onlarla və
qoy sizdən bir kəs arxaya baxmasın və əmr olunan tərəfə
gedin!
A.Mehdiyev və D.Cəfərli:
«Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».
Kövsər Tağıyev:
“Gecənin bir vaxtında ailəni yola sal, sən də arxalarından get. Heç biriniz arxaya baxmasın. Sizə əmr olunan yerə (doğru) gedin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Gecənin bir çağı ailəni yola çıxart və sən də arxalarında get Qoy sizlərdən heç kim arxaya baxmasın. Sizə əmr olunmuş yerə yollanın.”
Sabirə Dünyamalıyeva:
Dərhal gecənin bir vaxtı ailəni yola sal, sən özün də onların arxasınca get. Və sizdən heç kim vaxt itirməsin/geridə qalanları fikirləşməsin, sizə əmr olunan yerə doğru gedin."