İsra Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.
Bünyadov-Məmmədəliyev:
Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən vəsvəsəndən onları qoruması) kifayət edər!”
Elmir Quliyev :
Воистину, ты не властен над Моими рабами. Довольно того, что твой Господь является их Попечителем и Хранителем".
Ələddin Sultanov:
Şübhəsiz, (ixlaslı) qullarım üzərində sənin heç bir hökmranlığın olmayacaqdır”. (Onlar üçün) qoruyucu olaraq Rəbbin yetər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Mənim qullarımın üzərində, sənin bir sultanlığın yoxdur. Sənin Rəbbin vəkil olaraq kifayət edər.
Ələsgər Musayev:
Həqiqətən, Mənim bəndələrimin üzərində sultanlığın yoxdur kafidir Rəbbin ilə vəkillik!»
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.
Kövsər Tağıyev:
“Şübhəsiz, (həqiqi) qullarım üzərində sənin heç bir hakimiyyətin olmayacaq. Vəkil olaraq Rəbbin yetər!”
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Mənim bəndələrim üzərində sənin heç bir ixtiyarın yoxdur vəkil olaraq sənin Rəbbin kifayətdir."
Sabirə Dünyamalıyeva:
- Şübhəsiz ki, Mənim bəndələrim [ki var], sənin onlar əleyhində heç bir gücün yoxdur." -Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən olaraq da Rəbbin kifayətdir.-