Həcc Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər Allahın quruda olanları Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!
Elmir Quliyev :
Разве ты не видишь, что Аллах подчинил вам все, что на земле, и корабли, которые плывут по морям по Его воле? Он удерживает небо, чтобы оно не упало на землю без Его соизволения. Воистину, Аллах сострадателен и милосерден к людям.
Ələddin Sultanov:
Görmürsənmi ki, Allah yerdə olanları Onun əmri ilə dənizdə üzən gəmiləri sizin xidmətinizə vermişdir?! Göyü izni olmadıqca yerə düşməməsi üçün tutub saxlayır. Şübhəsiz ki, Allah insanlara qarşı çox şəfqətli mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Allahın yer üzündəki hər şeyi sizin əmrinizə tabe etdiyini görmədinmi? Gəmilər dənizdə onun əmri ilə üzər. Allah səmanı Öz izni olmadan yer üzərinə düşməsin deyə tutub saxlayar. Şübhəsiz ki, Allah insanlara Raufdur, Rəhimdir.
Ələsgər Musayev:
Ə, görmürsənmi ki, Allah ram etdi sizin üçün ki, ərzdə var gəmilər, üzürlər dəryada Onun əmri ilə? Saxlayır səmanı ki, ərzə düşməsin, ancaq Onun iznilə. Həqiqətən, Allah insanlarla Raufdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın yer üzündə olanları həmçinin dənizdə Onun əmri ilə hərəkət edən gəmiləri sizə ram etməsini (varlıq səlahiyyətlərinin müxtəlif olmasına baxmayaraq, onların hamısını sizin elm istəyinizə tabe etməsini) göyü (gözəgörünməz məxsus qüvvə ilə) Onun izn qəti istəyi olmadan (varlıq aləminin quruluşunu pozmaq istəməsi istisna olmaqla) yer üzünə düşməkdən saxladığını görmədin? Həqiqətən Allah insanlara qarşı şəfqətli mehribandır.
Kövsər Tağıyev:
Görmürsənmi ki, Allah bütün yerdəkiləri əmri ilə dənizdə üzən gəmiləri sizin xidmətinizə vermişdir. İzni olmadan yerə düşməsin deyə səmanı O tutub saxlayır. Şübhəsiz ki, Allah insanlara qarşı çox şəfqətli, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın yer üzündə olanları Öz əmri ilə dənizdə üzən gəmiləri sizin üçün ram etdiyini Onun izni olmadan yerə düşməsin deyə göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara ürəyiyanandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Sən, Allahın yer üzündəkiləri sizə ram etdiyini [sizin həmişəlik istifadənizə uyğun ölçülərdə yaratdığını] Onun əmri ilə dənizlərdə axıb gedən [üzən] gəmiləri görmədinmi/heç düşünmədinmi? Göyü Özünün izni/xəbəri [istəyi] olmadan yerə düşməkdən saxlayan Odur. Həqiqətən, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir.