Maidə Surəsi 65. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Kitab əhli iman gə-tirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz, onların təqsirlərindən keçər onları Nəim bağlarına daxil edərdik.
Bünyadov-Məmmədəliyev:
Əgər kitab əhli (Muhəmməd peyğəmbərə Qurana) iman gətirsə Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər özlərini (neməti bol olan) Nəim cənnətlərinə daxil edərik.
Elmir Quliyev :
Если бы люди Писания уверовали и устрашились, то Мы простили бы им злодеяния и ввели бы их в Сады блаженства.
Ələddin Sultanov:
Əgər kitab əhli iman gətirib (pis əməllərdən) çəkinsəydilər, həqiqətən, onların günahlarının üstünü örtər özlərini Nəim (neməti bol olan) cənnətlərinə daxil edərdik.
Kerbelayi Malik ağa:
Əgər kitab əhli amənu olub (Allaha təslim olmağı diləyib), təqva sahibi olsaydılar, əlbəttə onların günahlarını örtərdik onları mütləq Naim cənnətlərinə daxil edərdik.
Ələsgər Musayev:
Əgər kitab əhli inanarsa təqvalı olarsa, Biz onların pisliklərinin üstünü örtərik daxil edərik onları nemətli cənnətlərə.
A.Mehdiyev və D.Cəfərli:
Əgər kitab əhli (İslama) iman gətirsəydi təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər onları neməti bol olan Cənnətlərə daxil edərdik.
Kövsər Tağıyev:
Əgər kitab əhli iman etsəydi Allaha qarşı gəlməkdən çəkinsəydi, onların pisliklərinin üstünü örtərdik onları Nəim cənnətlərinə qoyardıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Kitab əhli iman gətirib Allahdan qorxsaydı, Biz onların pis əməllərini bağışlar onları Nə'im [nemətli cənnət] bağlarına salardıq.
Sabirə Dünyamalıyeva:
əgər Kitab əhli iman etsə Allahın mühafizəsi altına daxil olsaydı, həqiqətən onların pisliklərini örtər həqiqətən [onları] bol nemətli cənnətlərə daxil edərik.