Əlixan Musayev:
De: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından üzərinizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Bax gör! Biz ayələri belə izah edirik ki, bəlkə başa düşsünlər.
Bünyadov-Məmmədəliyev:
De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!
Elmir Quliyev
:
Скажи: "Он властен наслать на вас мучения сверху или из-под ваших ног, или привести вас в замешательство, разделив на группировки и дав одним из вас вкусить жестокость других". Посмотри, как Мы разъясняем знамения, чтобы они могли понять.
Ələddin Sultanov:
De: “O (Allah), üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) sizə əzab göndərməyə, yaxud sizin aranızı qarışdırıb bir-birinizə zərər verdirməyə qadirdir”. Bax, başa düşsünlər deyə, ayələri onlara necə açıqlayırıq! (Əvvəlki qövmlər peyğəmbərlərə iman gətirmədiyi üçün Allah onların bəzilərinin üzərinə göydən daş yağdıraraq, bəzilərini də şiddətli zəlzələlərlə məhv etmişdir. Bir qisim tayfaları da daxili çaxnaşmalar salmaqla bir-birinə qırdırmışdır. Yuxarıdakı ayə bu hadisələrə işarə edərək son peyğəmbərin ümmətini xəbərdar edir.)
Kerbelayi Malik ağa:
De ki: ‘O, sizin üstünüzdən və ya ayaqlarınızın altından üzərinizə bir əzab göndərməyə və ya sizi dəstə-dəstə bir-birinizə qarışdırıb (düşmən edib), sizin bir qisminizin şiddətini bir qisminizə daddırmağa qadirdir.’ Bax gör, ayələrimizi necə açıqlayırıq. Beləcə onlar idrak edərlər.
Ələsgər Musayev:
De: «O Qadirdir göndərə əzabı fövqünüzdən, ya ayaqlarınızın altından, ya da sizi şiələr surətində bəzinizi bəzinizin canına salaraq savaşma tamını dadızdıra». Nəzər sal, necə ayətləri onlar üçün sərf edirik, ola ki, anlayalar!
A.Mehdiyev və D.Cəfərli:
De: «O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir.» Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.
Kövsər Tağıyev:
De ki: “O sizə üstünüzdən (göydən) və ya ayaqlarınızın altından (yerdən) bir əzab göndərməyə ya da sizi firqələrə ayırmağa və bir qisminizə digərlərinizin zorunu daddırmağa qadirdir”. Bax, anlasınlar deyə ayələri müxtəlif yollarla necə açıqlayırıq?
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Başınız üstündən və ya ayaqlarınız altından üzərinizə cəza göndərməyə, yaxud sizi ayrı-ayrı dəstələr edib, birinizin zorunu digərinizə daddırmağa qadir Odur." Bax gör Biz ayələri necə ardıcıl gətiririk - bəlkə onlar başa düşələr.
Sabirə Dünyamalıyeva:
De ki: "O, üstünüzdən və ayaqlarınızın altından əzab göndərməyə, yaxud da sizi zidd qruplara ayırıb birinizə digərinizin qisasını daddırmağa qadirdir." Bax, onlar yaxşıca anlasınlar deyə ayələrimizi necə də müxtəlif cəhətlərdən/müfəssəl surətdə izah edirik.