Əlixan Musayev:
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər! Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.
Bünyadov-Məmmədəliyev:
Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar – bütün canlılar, bütün məxluqat) hamısı Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik olmağa layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.
Elmir Quliyev
:
Воистину, Аллаху принадлежат те, кто на небесах, и те, кто на земле. Чему же следуют те, которые поклоняются помимо Аллаха другим божествам? Они следуют лишь предположениям и только измышляют.
Ələddin Sultanov:
Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Elə isə Allahı qoyub Ona qoşduqları şəriklərə ibadət edənlər nəyin ardınca gedirlər?! Onlar ancaq zənnin ardınca gedir və yalan söyləyirlər.
Kerbelayi Malik ağa:
Səmalarda və yer üzündə olan kəslər şübhəsiz Allahındır, elə deyilmi? Allahdan başqa şəriklərə dua edənlər (ibadət edənlər) nəyə tabe olurlar? Ancaq zənnə tabe olarlar və onlar sadəcə təxmin edərlər (yalan uydurarlar).
Ələsgər Musayev:
Ə, məgər yoxmu? Həqiqətən, Allah üçündür kim ki,
səmalarda və kim ki, ərzdə var! Nəyə tabe olurlar o kəslər ki,
Allahdan başqa şərikləri çağırırlar? Onlar ancaq zənnə tabe
olurlar; onlar ancaq güman edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (bütləri) çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər.
Kövsər Tağıyev:
Bilin ki, göylərdə və yerdə kim varsa Allahındır. Allahdan başqasına tapınanlar (əslində) Allaha qoşduqları şəriklərə tabe olmurlar, şübhəsiz, onlar ancaq zənnə uyurlar və yalnız yalan söyləyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəli, göylərdə və yerdə kimlər varsa, Allahındır, Allahdan başqalarını çağıranlar (əslində) qoşduqları şəriklərin ardınca getmirlər, əgər gedirlərsə, ancaq zənnin ardınca gedirlər və yalanlar uydururlar.
Sabirə Dünyamalıyeva:
Gözünüzü açın! Göylərdə olan kəslər və yer üzündə olan kəslər həqiqətən Allahındır. Və Allahın altındakılardan bir şey istəyən kəslər, [Allaha] tay tutduqlarına tabe olmurlar. Onlar ancaq zənnə qapılırlar və onlar sadəcə yalan söyləyirlər.