Əlixan Musayev:
Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz!
Bünyadov-Məmmədəliyev:
Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz!
Elmir Quliyev
:
Вы были людьми, которые препирались относительно того, что им известно. Почему же теперь вы препираетесь относительно того, что вам неизвестно? Аллах знает, а вы не знаете.
Ələddin Sultanov:
Baxın, siz bildiyiniz şeylər barəsində mübahisə etmişdiniz. Bəs bilmədiyiniz şeylər barəsində nə üçün mübahisə edirsiniz? Allah bilir, siz isə bilməzsiniz. (Xristianlar və yəhudilər öz aralarında mübahisə edirdilər və hər iki tərəf İbrahim peyğəmbərin öz dinlərinə mənsub olduğunu iddia edirdi. Bunun üçün də dəlillər ortaya qoymağa çalışırdılar.)
Kerbelayi Malik ağa:
Siz beləsiniz. Özünə dair elminiz olmayan bir şey haqqında mübahisə etdiniz. Artıq bilginiz olmayan bir şey haqqında siz nə üçün mübahisə edirsiniz? Allah bilər və siz bilməzsiniz.
Ələsgər Musayev:
Hə, siz onlarsınız ki, höccət
edirsiniz onun barəsində ki, sizin üçün ona elminiz var və nə
üçün höccət edirsiniz onun barəsində ki, sizin ona elminiz
yoxdur? Və Allah bilir və siz bilmirsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Budur, siz ki, (h?l?) elminiz olan sey bar?sind? bir-birinizl? mubahis? edirdiniz (m?s?l?n y?hudil?r xristianlarla Isan?n Allah olmamas? v? «uc uqnuma» n?z?riyy?sinin puc olmas? bar?sind?, h?mcinin xristianlar?n y?hudil?rl? Isan?n peyg?mb?rliy? gond?rilm?si v? peyg?mb?rliyi bar?sind? mubahis? edirdil?r), b?s n? ucun bir-birinizl? (Ibrahimin y?hudi, yaxud xristian olmas? kimi) elminiz olmayan sey bar?sind? mubahis? edirsiniz?! Allah bilir, siz is? bilmirsiniz.
Kövsər Tağıyev:
Siz bax belə kimsələrsiniz! Tutaq ki, bir az bildiyiniz şey haqqında mübahisə etdiniz. Bəs heç bilmədiyiniz şey haqqında niyə mübahisə edirsiniz? Allah bilir, siz bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Budur, siz o adamlarsınız ki, bildiyiniz şeylər barədə də mübahisəyə girişirsiniz. Bəs onda nə üçün xəbəriniz olmadığı şey haqqında mübahisə edirsiniz? Halbuki Allah bilir, siz isə bilmirsiniz.
Sabirə Dünyamalıyeva:
Baxın, siz bu kəslərsiniz. Bir az məlumatınız olan şey haqqında mübahisə etdiniz, yaxşı, heç məlumatınız olmayan şey barəsində bəs niyə höcətləşirsiniz? Və Allah bilir, siz bilməzsiniz.