Əlixan Musayev:
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, onlar başları üstün-də və ayaqları altında (olan nemətlərdən) yeyərdilər. Onların arasında haqqı etiraf edən bir camaat vardır. Lakin onların çoxunun etdiyi əməllər necə də pisdir.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qurana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) yeyərdilər. Onlar arasında mötədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!
Elmir Quliyev
:
Если бы они руководствовались Тауратом (Торой), Инджилом (Евангелием) и тем, что было ниспослано им от их Господа, то они питались бы тем, что над ними, и тем, что у них под ногами. Среди них есть умеренные люди (праведники, уверовавшие в Пророка Мухаммада, избегающие чрезмерности в религии и не делающие упущений), но плохо то, что совершают многие из них.
Ələddin Sultanov:
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə (Qurana) əməl etsəydilər, üstlərində və ayaqları altında olanlardan (yerüstü və yeraltı sərvətlərdən) yeyərdilər. Onların içində mötədil (orta yolu tutan) bir camaat da var. Ancaq onlardan çoxunun gördüyü işlər necə də pisdir!
Kerbelayi Malik ağa:
Əgər kitab əhli Tövrat və İncilə və Rəbblərindən özlərinə endirilənə düzgün əməl etsəydilər mütləq onlar həm üstlərindən həm də ayaqlarının altından (nə qədər nemətlər) yeyərdilər. Onlardan bir qismi muqtəsid olan (övliyalıq mərtəbəsinə çatmış, hələ daimi zikrə çatmamış) bir ümmətdir. Lakin onlardan bir çoxunun etdikləri şey nə pisdir.
Ələsgər Musayev:
Əgər onlar əməl etsələr Tövrata və Incilə və
nə ki, nazildir Rəbləri tərəfindən onlara, fövqlərindən və
ayaqları altından ruzi yeyərlər. Onların arasında ortabab bir
ümmət var və əksəriyyəti isə pis əməl sahibidirlər!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər (göyün və yerin bərəkətlərindən faydalanardılar). Onlardan mötədil və düz olan bir dəstə var. Çoxlarının gördüyü işlər pisdir.
Kövsər Tağıyev:
Əgər onlar Tövratı, İncili və Rəbləri tərəfindən onlara endiriləni (Qur`anı) lazımınca tətbiq etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından (bol-bol ruzi) yeyərdilər. Onlardan orta yolu tutan bir zümrə var. Amma onların bir çoxunun etdiyi necə də pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar Tövrata, İncilə və onların öz Rəbbi tərəfindən onlara nazil edilənə [Qurana] iman etsəydilər, başları üstündə və ayaqları altında olanlardan [nemətlərdən] ruzilənərdilər. Onların içərisində həddini bilən bir tayfa da vardır. Onların çoxunun əməlləri isə necə də pisdir!
Sabirə Dünyamalıyeva:
Və heç şübhəsiz, əgər onlar Tövratı, İncili və özlərinə Rəbbindən nazil edilən Quranı yaşatsaydılar, həqiqətən üstlərindən və ayaqlarının altından [hər bir tərəfdən] ruzilənəcəkdilər. Onlardan bir qismi orta yol tutan; bəzisinə inanıb bəzisinə inanmayan, inanmadığı halda özünü inanmış kimi göstərən bir tayfadır [başçısı olan bir camaatdır]. Və onlardan çoxunun işlədikləri əməllər necə də pisdir!