Əlixan Musayev:
İndi Allah sizin (yükünüzü )yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbrli kişi) olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbr edənlərlədir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbrli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!
Elmir Quliyev
:
Теперь Аллах облегчил ваше бремя, ибо Ему известно, что вы слабы. Если среди вас будет сто терпеливых, то они одолеют две сотни; если же их среди вас будет тысяча, то с позволения Аллаха они одолеют две тысячи. Воистину, Аллах — с терпеливыми.
Ələddin Sultanov:
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir! (İlk zamanlar müsəlmanların sayı az olduğuna görə bir müsəlman on kafirə qarşı vuruşmaq məcburiyyətində qalırdı. Müsəlmanların sayı artdığı zaman Allah-Təala onların yükünü azaltdı və bir möminin iki kafirə qarşı vuruşmasını əmr etdi.)
Kerbelayi Malik ağa:
İndi Allah içinizdə zəiflik olduğunu bildi və sizdən (yükünüzü) yüngülləşdirdi. Bundan sonra əgər səbir edən 100 nəfər olsa, 200 nəfərə qalib gələr və əgər sizdən 1000 nəfər olsa, Allahın izniylə 2000 nəfərə qalib gələr. Allah səbir edənlərlə bərabərdir.
Ələsgər Musayev:
Indi Allah sizdən xəfif etdi. O bilir ki, sizdə zəiflik var. Əgər sizdən yüz nəfər səbirli olsa, onda onlar iki yüz nəfərə qalib gələr. Əgər sizdən min nəfər olsa, onda onlar iki min nəfərə qalib gələr Allahın izni ilə. Allah səbr edənlərlədir!
A.Mehdiyev və D.Cəfərli:
İndi Allah (bir nəfərin on nəfərlə mübarizə etməsinin vacibliyi və bir nəfərin on nəfərdən qaçmasının haramlığını götürərək) vəzifənizi yüngülləşdirdi və sizdə (ruhiyyə və sayınızda) zəiflik olmasını bildi (əzəli elmi zahirdə həyata keçdi). Beləliklə, əgər sizdən yüz nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər və əgər sizdən min nəfər olsa, Allahın izni (və köməyi) ilə onlar iki min nəfərə qalib gələrlər. Allah səbirlilərlədir.
Kövsər Tağıyev:
İndi isə Allah yükünüzü yüngülləşdirdi və sizdə bir zəiflik olduğunu bildi. Əgər aranızda səbirli yüz nəfər olarsa, iki yüz nəfərə qalib gələrlər. Əgər aranızda (səbirli) min nəfər olarsa, Allahın izni ilə iki min nəfərə qalib gələrlər. Allah səbir edənlərlədir.
M.Qənioğlu və T.Bilaloğlu:
İndi isə Allah (vəziyyəti) sizin üçün yüngülləşdirmişdir. O bilir ki, sizdə zəiflik vardır. Əgər içərinizdə yüz səbirli olsa, onlar iki yüzə qalib gələrlər. Əgər sizdən min (nəfər) olsa, Allahın izni ilə iki minə qalib gələr. Axı Allah səbr edənlərlədir.
Sabirə Dünyamalıyeva:
İndi Allah, sizin [yükünüzü] yüngülləşdirdi və sizdə şübhəsiz bir zəiflik olduğunu bildi. O halda, sizdən yüz səbrli adam olsa iki yüzə qalib gələr. Və sizdən min olsa Allahın izni ilə/xəbəri ilə iki minə qalib gələr. Və Allah səbr edənlərlədir.