Həcc Surəsi 67. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.
Bünyadov-Məmmədəliyev:
Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən).
Elmir Quliyev :
Для каждой общины Мы установили обряды, которые они отправляют, и пусть они не спорят с тобой по этому поводу. Призывай же к своему Господу. Воистину, ты на прямом пути.
Ələddin Sultanov:
Biz hər bir ümmət üçün əməl edəcəkləri bir şəriət müəyyən etdik. Ona görə bu məsələdə səninlə mübahisə etməsinlər. Sən (insanları) Rəbbinə dəvət et! Həqiqətən, sən doğru yoldasan.
Kerbelayi Malik ağa:
Biz bütün ümmətlər üçün tək bir şəriət təyin etdik. Onlar o şəriət ilə əməl edərlər (etsinlər). Elə isə əmrim barədə səninlə mübahisə etməsinlər. Sən Rəbbinə dəvət et. Şübhəsiz ki, sən mütləq müstəqim (Allaha doğru istiqamətlənmiş) olan hidayət üzərindəsən.
Ələsgər Musayev:
Biz külli ümmət üçün etdik əskikliknən, onlar əskilələr onunla. Qoy səninlə əmrdə mübahisə etməsinlər.Çağır Rəbbinə tərəf, həqiqətən, sən üzərindəsən hidayətin düzünün
A.Mehdiyev və D.Cəfərli:
Biz (Nuhdan sənə kimi olub keçmiş ümmətlərdən) hər bir ümmət üçün (onların zaman hallarına uyğun) bir ibadət müəyyənləşdirmişik ki, ona əməl edirlər. Buna görə onlar (şəriət) iş(in)də səninlə mübahisə etməməlidirlər (nəsx edən şəriəti götürərək nəsx olunmuşu kənara qoymalıdırlar). Rəbbinə tərəf dəvət et! Şübhəsiz, sən doğru yoldasan.
Kövsər Tağıyev:
Biz hər bir ümmət üçün izləyəcəkləri bir ibadət yolu təyin etdik. Elə isə din işində səninlə əsla mübahisə etməsinlər. Sən onları dəvət et. Çünki sən heç şübhəsiz, haqqa aparan doğru bir yoldasan.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz hər millət üçün onun əməl edəcəyi bir ayin [şəriət] müəyyən etdik. Qoy onlar bu işdə səninlə mübahisə etməsinlər. Sən (onları) öz Rəbbinə tərəf çağır. Sən ki düz yoldasan!
Sabirə Dünyamalıyeva:
Biz, [müəyyən bir] başçısı olan hər cəmiyyət üçün bir ibadət yolu müəyyənləşdirdik. Onlar, ona uyğun olara ibadət etsinlər. Elə isə, bu barədə səninlə heç bir zaman höcətləşməsinlər. Sən Rəbbinə [tərəf] dəvət et. Həqiqətən, sən doğru yola yönləndirilmisən.